Sosial Xidmət mərkəzlərində tədbirlər təşkil edilib
Bakı, 2 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Qaradağ, Abşeron, Sabunçu və Ağdam Sosial Xidmət mərkəzlərində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər təşkil edilib.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər çərçivəsində uşaqlar üçün master-klaslar, əyləncə proqramları, eləcə də tamaşalar təşkil edilib.
Animatorların təqdim etdiyi rəngarəng əyləncə proqramları uşaqlarda xoş təəssüratlar yaradıb.
Bu cür tədbirlərin keçirilməsində məqsəd uşaqların sosial, emosional və yaradıcılıq bacarıqlarının inkişafına dəstək olmaq, onların asudə vaxtının səmərəli və maraqlı təşkili üçün şərait yaratmaqdır.