Azərbaycan Dövlət İnformasiya Agentliyi

SOVET SİSTEMİNİN SÜQUTU VƏ PARTİYA REJİMİNİN LƏĞVİSİZİN GÜNDƏLİK HƏYATINIZA NECƏ TƏSİR GÖSTƏRİR?

                                       Valdas ADAMKUS

                               Litva Respublikasının Prezidenti

 

        - Əminəm  ki, tarixdən yaxşı hakim yoxdur. O isə əyani və birmənalı şəkildə göstərdi ki, SSRİ-nin süqutu labüd idi. Bunu o dövrün həm siyasi, həm də iqtisadi gerçəkliyi tələb edirdi. Avqust qiyamı hadisələrin gedişini yalnız sürətləndirdi.

        İnanmıram ki, SSRİ-ni xilas etmək mümkün olardı. Axı, o, avqust hadisələrindən əvvəl də artıq başqa cür idi. Litva hələ 1990-cı ilin yazında müstəqilliyini elan etmişdi və 1991-ci ilin yanvarında öz azadlığını qanı bahasına qorumuşdu. Bu yolu seçdikdən sonra daha geri qayıtmırlar. Arzu edərdim ki, Rusiyanın insanları da geriyə dönməsinlər, əksinə, demokratik prinsiplərə əsaslanan azad, açıq dövlət qursunlar. 1991-ci il hadisələrində “Obşşaya qazeta”nın əhəmiyyətli rolunu xatırlayaraq inanıram ki, qəzet Rusiyanın gələcəyinin yaradılmasına bundan sonra da sanballı kömək göstərəcəkdir.

 

                                           Heydər ƏLİYEV

                               Azərbaycan Respublikasının Prezidenti

 

- Belə bir fikir var ki, Moskvada 1991-ci ilin avqust hadisələri olmasaydı, sovet respublikaları müstəqillik əldə etməzdilər. Lakin Sovetlər İttifaqının dağılması prosesi avqustdan bir neçə il əvvəl başlamışdı. Bəzi respublikalarSSRİ-nin tərkibindən çıxmaq və tam müstəqillik məsələsini qiyamdan xeyli əvvəl qaldırmışdılar. Qorbaçov və onun ətrafındakılar hadisələrin tarixi gedişinə hər vastitə ilə müqavimət göstərir, İttifaqın yenidən qurulmasının müxtəlif ssenarilərini uydururdular. 1991-ci il martın 17-də SSRİ-nin saxlanılması məsələsinə dair referendum keçirdilər.

Xatirimdədir, deputatlar respublika Ali Sovetinin sessiyasında mənim çıxışımı son dərəcə pis qarşılamışdılar. Sessiyada mən referendum keçirilməsinin qəti əleyhinə çıxdım. Naxçıvan Muxtar Respublikasından deputat kimi mən Azərbaycanın referendumda iştirakına etiraz etdim. Dedim ki, obyektiv proseslər Sovetlər İttifaqının dağılmasına, respublikaların müstəqillik əldə etməsinə doğru aparır və Azərbaycan da bu yolla getməlidir. Deputatların əksəriyyəti mənim çıxışımı mənfi qarşıladı. Hətta səsvermənin nəticələri də yadımdadır: 40 nəfər referendum keçirilməsinin əleyhinə oldu, bir neçə adam bitərəf qaldı, mütləq çoxluq isə - respublikanın o vaxtkı başcısı Mütəllibovun təxminən 350 tərəfdarı referendumun keçirilməsinə səs verdi.

Əvvəlcə, ümumiyyətlə, mənim sessiyaya gəlməyimə mane olmağa çalışdılar. Çıxış etdiyim zaman isə qəsdən hay-küy salır, çəpik çalır, hər vasitə ilə məni çaşdırmağa çalışırdılar. Tribunadan düşməyə macal tapmamışdım ki, iqtisad elmləri doktoru Ziyad Səmədzadə oraya qalxdı. Sözünə ondan başladı ki, bilirsiniz, Əliyev tanınmış şəxsiyyətdir, lakin onun fikri ilə razı deyiləm, o, oriyentirləri, reallıq hissini itirmişdir və sair. Çıxış üçün mənə heç 10 dəqiqə də vaxt verməmişdilər, o isə yarım saatdan çox danışdı. O, həyəcan keçirirdi, tez-tez su içirdi - qrafindən stəkana su tökərkən əlləri əsirdi.

Hər halda, Azərbaycanda referendumu keçirdilər. Məlumat göndərdilər ki, əhalinin az qala 90 faizi SSRİ-nin saxlanılmasına səs vermişdir. Təkcə Naxçıvan Muxtar Respublikası referendumdan tamamilə imtina etdi. Biz Naxçıvan Ali Sovetinin deputatları ilə bir yerə toplaşdıq və qərar qəbul etdik ki, referendum keçirilməsin. Bütün seçki məntəqələri ləğv olundu.

Ancaq, şübhəsiz, 1991-ci ilin avqust hadisələri İttifaqın dağılması proseslərini sürətləndirən kulminasiya nöqtəsi idi. Mən Dövlət Fövqəladə Vəziyyət Komitəsi (DFVK) üzvlərinin hərəkətlərini dərhal, özü də çox kəskin şəkildə pislədim. Xatirimdədir, televizorda onlara baxırdım və yazığım gəlirdi. Azərbaycanın o vaxtkı rəhbərliyi isə qiyamçıları dəstəklədi. O günlərdə bütün respublikadaDFVK-nı dəstəkləmək üçün yığıncaqlar keçirilirdi, yüksək vəzifəli şəxslərin kabinetlərində isə tələm-tələsik Qorbaçovun portretlərini çıxarırdılar...

Bir sözlə, 1991-ci ilin avqustu çox mühüm rol oynadı. Sonra  isə Belovejskaya puşşadaüç prezidentin görüşü oldu və onlar SSRİ-nin varlığına son nöqtəni qoydular. Yadımdadır, bəzi respublikaların liderləri - adlarını çəkməyəcəyəm, onlar indi prezident, dövlət başçılarıdır - necə hiddətlənmişdilər. Yəni ki, belə şeylər nə üçün bizdən gizlin, bizim iştirakımız olmadan baş verir?

Sovetlər İttifaqı dağılmağa məhkum idi, onu qoruyub saxlamaq mümkün deyildi. Can verməkdə olan orqanizmin ömrünü yalnız bir qədər uzatmaqdan söhbət gedə bilərdi.

Çox mürəkkəb, çətin, ziddiyyətli dövr idi. Keçmiş İttifaqın əhalisinin əksəriyyəti tam şaşqınlıq içində idi: kimə inanmalı, necə düzgün istiqamət götürməli, öz mövqeyini necə müəyyənləşdirməli. Hesab edirəm ki, onda mətbuat  böyük rol oynadı. Olduqca diqqətəlayiq haldır ki, DFVK-nın üzvləri senzura qoyduqda, bir çox dövri nəşrləri qadağan etdikdə “Obşaya qazeta” meydana gəldi. Söz azadlığının boğulmasına qarşı etiraz əlaməti kimi, ölkədə demokratik  proseslərin inkişafını dəstəkləyən bir qəzet kimi meydana gəldi. Mənə xoşdur ki, “Obşaya qazeta”  ənənələrini bu gün də qoruyub saxlayır. Bilirəm ki, bu günlər o, yubileyini -  yaranmasının 10-cu ildönümünü qeyd edir. “Obşaya qazeta”nın bütün kollektivini təbrik edirəm, arzum budur ki, o, həmişə demokratiya, azadlıq mövqelərində dursun, bütün bu müddət ərzində qəzetin fəaliyyətinin, həqiqətən də, əsası olmuş prinsiplərdən çəkilməsin.

                                       Vladimir VORONİN

                           Moldova Respublikasının Prezidenti

- Keçmiş Sovet İttifaqı respublikalarının müstəqillik əldə etməsi qiyamın nəticəsi deyil, daha uzun bir dövrün yekunu idi. Novooqaryovo sazişlərinə görə, Sovet İttifaqı onsuz da başqa dövlət qurumu şəklində yenidən təşkil edilməli idi, elə bir qurum ki, o, formaca və məzmunca indiki MDB-ni xatırladardı. Əslində o vaxtkı liderlər ayrılmanın, necə deyərlər, layihəsini hazırlamışdılar və  hamısı öz dövlətlərini qurmaq xətti götürmüşdü.

Amma SSRİ birmənalı şəkildə süquta məhkum deyildi. Onun dağılması o vaxtkı hakimiyyət orqanlarının volyuntarizmi ilə, İttifaq rəhbərliyinin 1988-ci ildən sonrakı səhv və qərəzli əməlləri ilə izah edilir. 70 ildən artıq bir dövrdə baş vermiş bütün hadisələrə rəğmən, SSRİ hələ möhkəm idi. Bugünkü rəylər buna sübutdur. Müstəqil Dövlətlər Birliyinin yaradılması və onun özünün varlığı bizə SSRİ-dən miras qalmış əlaqələrəəsaslanır. Ötən on ildə, demək olar, hər şeyin məhv edilməsinə və oğurlanmasına baxmayaraq, biz hələ davam gətiririk, əvvəlkitək bir-birimizi dəstəkləyirik, çünki Sovet İttifaqında respublikalar arasında qarşılıqlı fəaliyyətin yaxşı sahmanlanmış mexanizmi var idi. O ki qaldı bütün postsovet məkanında demokratikləşməyə, hər şeyi daha sivilizasiyalı şəkildə, indi hər yerdə hiss etdiyimiz və MDB məkanında qarşılıqlı fəaliyyətimizin səmərəliyinə xeyli dərəcədə mənfi təsir göstərən itkilər olmadan etmək mümkün idi.

Robert  KOÇARYAN

                               Ermənistan Respublikkasının Prezidenti

 - Zənnimcə,1991-ci ilin avqust qiyamı SSRİ-nin dağılması prosesini ancaq sürətləndirdi. Bəlkə də süqutunun müddəti, habelə inteqrasiyanın miqyası və dərinliyi bir qədər başqa cür ola bilərdi, lakin bu, qarşısıalınmaz proses idi.

Xatırlanmaq yerinə düşən ki, “ Obşşaya qazeta ” nin yubileyinin başlanğıc nöqtəsi 1991-ci ilin avqust qiyamıdır. Təbrik edərək vurğulamaq xoşdur ki, yubilyar ölkənin ağır vəziyyətində azad sözün və demokratiyanın müdafiəçisi kimi nadir bir texnologiya ilə yaranmışdı.

                                                               Yuri Lujkov

                                                             Moskvanın meri

 -Məncə, 1991-ci ilin avqustunun başlıca xidməti bundadır ki, o , totalitar dövrə son qoydu. Söz azadlığı, başqa azadlıqlar, fikir plüralizmi ( doğrudur, çox vaxt məsuliyyətsiz sərsəmləməyə keçən plüralizm ), yuxarıdan və ucdantutma sırınan idealogiyanın olmaması - bütün təbii qüsurları ilə birlikdə müsbət tarixi nəticədir.

Qalan bütün nailiyyətlər nisbidir.....

Əlbəttə ,Moskva müstəqillik qazandı, şəhər ən müxtəlif istintaqlar üzrə təşəbbüs hüququna malikdir. Amma fəaliyyət azadlığının dərəcəsi, təəssüflər olsun, heyrətimiz surətdən dəyişkəndir. Fəaliyyət azadlığı dövlətin müxtəlif yenilikləri ilə daim pozulur. Yəni , yerlədə yaradıcılıq sabit inkişafı yoxdur. Hazırda bütün dünyada reqionların müstəqilliyi güclənir - hər şeydən əvvəl ona görə ki, tərrəqi idarəetmənin vəzifələrinin həmişə çətinləşdirir. Əlbəttə, heç kim dövlətin rolunu şübhə altına almır. Amma qəribə işdir: dövlətin rolunun tamamiləəsaslandırdığı  və zəzuri olduğu yerlərdə sahənin demokratikləşdirilməsi, yenidən qurulması barədə ardı-arası kəsilməyən müzakirələr gedir. Məsələn, əyani bir misal.

Rusiyanın Vahid Energetika Sistemi Səmdar Cəmiyyətinin rəhbərliyi islahatının məqsədini bütün sistemi istehsal edən və ötürücü qüslərə bölməklə, onları özəlləşdirməkdə özlərində dispetçer funsiyalarını saxlamaqda görür. Bu isə Rusiya üçün  fəlakətdir! Məsuliyət tamamilə yox olacaqdır. Mən çoxsaylı suallarımdan birinə belə bir dəfə də olsun cavab almamışam. Məsələn, gərginliyin tezliyinə kim cabdeh olacaqdır? Moskvalıların istiliklə və enerjisi ilə təmin edilməsinə görə konkret olaraq kim məsuliyət daşıyacaqdır? Bunların cavabını eşidirəm : bilirsinizmi, sərmayəçilər gələcəklər. Biz görürük, onlar necə gəlirlər və nələr edirlər. Əlbəttə, gəlmək, tarifləri kəskin surətlə qaldırıb hamının qaqını sormaq, ahalini yoxsulluğa duçar etmək və heç bir sanballı sərmayə qoymadan mənfəət götürmək olar.

Mənim ( nəzərə çarpdırıram - bazar iqtisadiyatinin qatı tərafdarının ) konsepsiyam isə ona əsaslanır ki, Rusiyanın Vahid Enerqetika Sistemi Səhmdar Cəmiyyəti dövlət strukturu olaraq qalmalıdır . Ona görə ki, bizim Rusiya şərayətində, şimal Ölkəsində sistemin parçalanması insan həyatının istiliklə və elektrik enerjisi ilə təmin edilməsində gözlənilməz fasilələrə gətirib çıxara bilər.

Məsələn, mən Andrey İllarionovun mövqeyinə şərikəm. O, bazar iqtisadiyyatı tərəfdarlarının radikal tipinə mənsubdur, buna baxmayaraq,  belə “islahat”ın ölkəyə nə kimi təhlükə yaradacağını başa düşür.

İndi elə adamlar var ki, onlar “Avqust qiyamının təşkilatçıları nə istəyirdilər?” sualına belə cavab verirlər: DFVK qayda-qanun yaratmaq istəyirdi.

Amma qayda-qanunla qayda-qanunda fərq var. Bəli, dövlətdə hakimiyyət güclü olmalıdır, bununla bərabər isə, o, dövlətin aşağı pillələrinə, regionlara, şəhərlərə, yerli sovetlərə təsərrüfat müstəqilliyi üçün tam sərbəstlik verməlidir... Hər bir regionun sərbəstliyə malik olaraq, inkişaf mənbələrini özü tapması üçün aşağılara maksimum miqdarda səlahiyyətlər verilməsinə dair tədbirlər optimallaşdırılmalıdır - əgər ölkənin iqtisadiyyatından danışmalı olsaq, onda ən başlıca vəzifə, bax, bundan ibarətdir. İndi bu məsələ həll edilmir. Təsərrüfat azadlıqları hər tərəfdən (hökumət, Dövlət Duması və i.a.) məhdudlaşdırılır. Məsələn, artıq gələn il biz qiymətli kağızlarımızın istiqraz vərəqələrini Qərbdə yerləşdirə bilməyəcəyik.  Bu, kimə mane olurdu? Biz bir neçə il idi istiqraz vərəqələrini orada yerləşdirirdik, kredit ehtiyatları, demək olar, pul alırdıq. Bu vəsait hesabına Sosial məsələləri həll edirdik.  Deməliyəm ki, Qərbdə Moskvaya olduqca böyük etimadla yanaşırlar. Biz xarici kapitaldan asılı vəziyyətə düşmürük. Ona görə ki, kreditləri  vaxtlı-vaxtında ödəməyə qadirik. Hakimiyyətin isə dotasiyada olanlar üçün də, kreditləriödəmək qabiliyyətli olanlar üçün də eyni bir arşını var. Belə olan halda təsərrüfatçılıq təşəbbüsü necə inkişaf edə bilər? Əgər  Moskva bazar islahatları və sosial islahatlar baxımından irəliləmişsə, onda nə üçün o, geridə qalan regionlar səviyyəsində işləməlidir? Bax, ona görə də belə çıxır ki, bizdəsanki bazar iqtisadiyyatı var, amma o, nə isəayrı  şəkildədir...

 

                                               “Obşaya qazeta”, 16 avqust

                                                       2001-ci il  

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir

Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub

Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib

ABŞ-də çalışan azərbaycanlı alim: Azərbaycanın milli genom məlumat bazasının yaradılması səhiyyə üçün mühüm imkanlar aça bilər – MÜSAHİBƏ

Fransada əməkdaşların əmanətlərinə vergi məsələsi: Hökumət geri çəkildi, hüquq-mühafizə orqanlarına müraciət edildi

® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaşların müraciətləri dinlənilib

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib

SİMA-da təhlükəsizliklə əlaqədar biometrik yoxlama cəhdlərinə limit tətbiq olunub

Nazir: Belə mühüm tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir

“Mançester Yunayted”lə oyunöncəsi “Sabah”ın zədəli futbolçularının son durumu açıqlanıb

Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir

Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub

“Komo”nun prezidenti Çempionlar Liqasında debüt matçında tribunadakı yerini azarkeşə verəcək

Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib

Nyu-York şəhərində azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü olub

Bu il 124 mindən çox uşaq birinci sinfə gedəcək

“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO

“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO

Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir

“Startup World Cup”ın regional finalı “Baku ID” çərçivəsində təşkil olunacaq

"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb

® “Yango Ride”ın Hesabatı: Fəaliyyət göstərdiyi bazarlarda ağır yol hərəkəti qaydaları pozuntuları 31 faiz azalıb

“Brent” neftinin qiyməti 100 dolları ötüb

“Himayədar ailə” modeli təbliğ olunur

Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir VİDEO

Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir VİDEO

Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib

Daniele Violetti: İndiyədək aparılan müzakirələrdən bir mesaj aydın görünür: həllər mövcuddur

Bu il ərzində Azərbaycanda istehsal olunan sənaye məhsullarının dəyəri açıqlanıb

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar

® “Azercell” ilk yeni nəsil diler mağazasını istifadəyə verir

David Higgins: Beynəlxalq əməkdaşlıq və çoxtərəflilik heç vaxt indiki qədər vacib olmayıb VİDEO

David Higgins: Beynəlxalq əməkdaşlıq və çoxtərəflilik heç vaxt indiki qədər vacib olmayıb VİDEO

PISA 2025: Fransanın təhsil nəticələri rekord səviyyədə gerilədi – ölkə 18 pillə aşağı düşdü

Media eksperti: QHT-lər kibertəhlükəsizliyin təmin olunması ilə bağlı addımlar atırlar VİDEO

Media eksperti: QHT-lər kibertəhlükəsizliyin təmin olunması ilə bağlı addımlar atırlar VİDEO

Növbəti peşə tanınması imtahanı sentyabrın 29-da keçiriləcək

Sabirabadda qəsdən yanğın törədən şəxs müəyyən olunub

Fransada yanğınsöndürənlər tətilə başlayıblar

Ana Toni: Bakı İqlim Fəaliyyəti Həftəsi bizi icra prosesində bir addım irəli aparacaq VİDEO

Ana Toni: Bakı İqlim Fəaliyyəti Həftəsi bizi icra prosesində bir addım irəli aparacaq VİDEO

Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir VİDEO

Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir VİDEO

Brüssel aeroportu Almaniyanın Köln şəhəri ilə yüksəksürətli dəmir yolu əlaqəsinə qoşulub

QHT-lər üçün rəqəmsallaşma və kibertəhlükəsizlik üzrə təcrübə mübadiləsi aparılıb VİDEO

QHT-lər üçün rəqəmsallaşma və kibertəhlükəsizlik üzrə təcrübə mübadiləsi aparılıb VİDEO

Fiziki şəxslərin banklardakı əmanətləri 16 faizədək artıb

Saymon Stil: Təmiz enerjiyə keçid prosesi artıq dönməzdir

Sabah bəzi yerlərdə yağış yağacaq

Mahir Emreli hücum keyfiyyətlərinə görə Polşa çempionatının ən yaxşı futbolçuları sırasındadır

BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb

Azərbaycan Respublikası Ədliyyə Nazirinin 2002-ci il 9 aprel tarixli 7-T nömrəli əmri ilə təsdiq edilmiş “Tərbiyə müəssisələrində valideynlər komitəsinin fəaliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

® “Şəfa” FK-nın forması Acarıstanın rəsmilərinə təqdim edilib

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

Bakı Limanı Xəzərin qərb sahilində Avropaya açılan yeganə qapı və liman olaraq böyük inkişaf potensialına malikdir VİDEO

Bakı Limanı Xəzərin qərb sahilində Avropaya açılan yeganə qapı və liman olaraq böyük inkişaf potensialına malikdir VİDEO

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Ağdamda VİDEO

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Ağdamda VİDEO

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi 550-dən çox məktəbi əhatə edəcək

“Keçmişin sədası” adlı sərgi açılıb

Nazir: Azərbaycan beynəlxalq səviyyədə iqlim diplomatiyasının inkişafına fəal töhfə vermək öhdəliyinə sadiqdir VİDEO

Nazir: Azərbaycan beynəlxalq səviyyədə iqlim diplomatiyasının inkişafına fəal töhfə vermək öhdəliyinə sadiqdir VİDEO

Avqustda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 42 mindən çox müraciət daxil olub

Ceyhun Bayramov: İqlim dəyişikliyi artıq uzaq təhlükə deyil VİDEO

Ceyhun Bayramov: İqlim dəyişikliyi artıq uzaq təhlükə deyil VİDEO

İqtisadiyyata kredit qoyuluşları 13 faizədək artıb

Prezident: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində qlobal iqlim liderliyinin inkişafı müzakirə olunub VİDEO

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində qlobal iqlim liderliyinin inkişafı müzakirə olunub VİDEO

Naxçıvan şəhərinin Xətai küçəsində asfaltlanma işləri görülür VİDEO

Naxçıvan şəhərinin Xətai küçəsində asfaltlanma işləri görülür VİDEO

Şuşanın tarixi siması və təbii mühiti: hüquqi məsuliyyət məsələləri

Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona

Eldar Salahov: İlin sonlarında Xəzərdə beynəlxalq tərəfdaşlarla birgə dəniz dibinin dərinləşdirilməsi istiqamətində fəaliyyətə başlayacağıq VİDEO

Eldar Salahov: İlin sonlarında Xəzərdə beynəlxalq tərəfdaşlarla birgə dəniz dibinin dərinləşdirilməsi istiqamətində fəaliyyətə başlayacağıq VİDEO

Bu saata olan əsas xəbərlər

Çində sabiq qubernator 21,8 milyon dollarlıq rüşvətə görə edam olunacaq

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 16 faizədək artıb

Naxçıvanda “ƏDV geri al” üzrə istehlakçılara 5,5 milyon manatadək vəsait qaytarılıb

Baş direktor: Bakı Limanı artan yük həcminin qarşılanmasına hazırdır VİDEO

Baş direktor: Bakı Limanı artan yük həcminin qarşılanmasına hazırdır VİDEO

Türkiyə klubuna 22 yaşlı qadın baş məşqçi təyin olunub

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi keçirilir VİDEO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi keçirilir VİDEO

Dövlət Statistika Komitəsi: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

AMEA-da Nobel mükafatı laureatı Əziz Səncərin 80 illik yubileyinə həsr olunan konfrans təşkil edilib

® “AccessBank” QSC 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tender elan edir

Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır

Azərbaycan Praqadakı ERRA koordinatorlarının iclasında təmsil olunub

“Yaşıl gələcək, təmiz məktəb!” – Şagirdlər maarifləndirilib

Parisdə kosmos sammiti: Avropa kosmik yarışda mövqeyini gücləndirməyə çalışır

Nobel mükafatı laureatı Əziz Səncər: Azərbaycan mədəniyyəti ilə böyümüşəm MÜSAHİBƏ VİDEO

Nobel mükafatı laureatı Əziz Səncər: Azərbaycan mədəniyyəti ilə böyümüşəm MÜSAHİBƏ VİDEO

Rauf Cabarov: QHT sektorunda kibertəhlükəsizliklə bağlı görüləsi işlər çoxdur VİDEO

Rauf Cabarov: QHT sektorunda kibertəhlükəsizliklə bağlı görüləsi işlər çoxdur VİDEO

Azərbaycan Vyetnam şirkəti ilə 200 meqavatlıq külək enerjisi layihəsini müzakirə edib

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Qırğızıstan Prezidenti: Ölkədə sabitliyi pozan şəxslərə qarşı sərt tədbirlər görüləcək

Macarıstanda kənd yerlərinin inkişafı üçün yeni dövlət proqramı başlayıb

İraqlı din xadimi: İşğaldan azad edilmiş torpaqlarda olmaq bizim üçün böyük sevincdir VİDEO

İraqlı din xadimi: İşğaldan azad edilmiş torpaqlarda olmaq bizim üçün böyük sevincdir VİDEO

BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb

Azərbaycan və Gürcüstan Dəmir yolları ortaq IT platformanın yaradılmasını planlaşdırır VİDEO

Azərbaycan və Gürcüstan Dəmir yolları ortaq IT platformanın yaradılmasını planlaşdırır VİDEO

Naxçıvanda vergi daxilolmaları 7 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Saida Safayeva: Dayanıqlı İnkişaf Məqsədlərinin təqdim etdiyi icra çərçivəsini lazımi səviyyədə tətbiq etmirik

Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib

Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə

Azərbaycanda ÜDM artıb

Dmitro Şlapaçenko: Azərbaycanda iqlim liderliyinin necə dinamika yarada biləcəyinin şahidi olmuşuq