REGİONLAR
Soyğunçuluq edən şəxslər saxlanılıblar
Gəncə, 4 fevral, Rauf Hacıyev, AZƏRTAC
Yanvarın 27-də ayrı-ayrı vaxtlarda Gəncə şəhər sakinləri G.Həsənova və T.Bayramovanın əl çantalarını zor tətbiq etməklə açıq yolla talayaraq onlara qarşı soyğunçuluq edilməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakinləri Emin Həmzəyev, 27 yaşlı Amil Mustafayev və əvvəllər məhkum olunmuşlar 30 yaşlı Ruslan Qasımov və 21 yaşlı Elçin Həmzəyev şübhəli şəxs qismində saxlanılıblar.
İlkin dindirmə zamanı onlar törətdikləri cinayət hadisələrini etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:35]
Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər
- 03.05.2024 [16:14]
AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
- 03.05.2024 [15:32]
Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub
- 03.05.2024 [14:58]