Şri-Lankada silsilə partlayışlarda ölənlərin sayı 290-a çatıb VİDEO
Bakı, 22 aprel, AZƏRTAC
Şri-Lankanın paytaxtı Kolomboda və Neqombo şəhərində 3 kilsə və 3 hoteldə, ardınca isə paytaxtın kənar yaşayış hissələrində törədilmiş silsilə partlayışlar nəticəsində ölənlərin sayı 290-a çatıb. Təxminən 500 nəfər yaralı var.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, ölkə tarixində ən böyük hücum hadisəsi ilə əlaqədar Prezident Sirisena təhlükəsizlik şurasının təcili iclasını çağırıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları partlayışlarla əlaqədə şübhəli bilinən 13 nəfəri saxlayıb.