STRASBURQDA KİBERCİNAYƏTKARLIĞA DAİR KONFRANS KEÇİRİLMİŞDİR
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, 65 ölkədən 210 nümayəndənin iştirak etdiyi toplantıda informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində cinayətkarlığın artması səbəbləri və bu cinayətkarlığa qarşı dünya ölkələri ilə birgə mübarizə üsulları araşdırılmışdır. Bu sahədə xidmət göstərən provayderlər və dövlət orqanları ilə hüquq mühafizə orqanları arasında əməkdaşlıq, beynəlxalq təşkilatların kibercinayətkarlığa qarşı birgə fəaliyyətinin əlaqələndirilməsi məsələləri müzakirə olunmuşdur.
Konfransda Azərbaycan nümayəndə heyəti respublikada kompyuter cinayətkarlığı ilə mübarizə sahəsində qanunvericiliyin əsasları mövzusunda təqdimatla çıxış etmişdir. Bildirilmişdir ki, hüquq mühafizə orqanlarının gördüyü tədbirlər nəticəsində Azərbaycanda kompyuter cinayətkarlığı o dərəcədə geniş yayılmamışdır.
Konfransda kompyuter cinayətkarlığının aradan qaldırılması və insan hüquqlarının qorunması məsələləri ilə bağlı tövsiyə sənədi qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:52]
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb VİDEO
- 05.06.2026 [11:50]
® ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 05.06.2026 [11:48]
Mayda enerji qiymətləri indeksi 5,4 faiz azalıb - HESABAT
- 05.06.2026 [11:41]
Bu ilin ilk rübündə sənaye zonalarına yatırılan investisiyanın həcmi artıb
- 05.06.2026 [11:40]