SİYASƏT
Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Braziliyada keçiriləcək beynəlxalq seminarda iştirak edəcəkdir
Bakı, 18 oktyabr (AZƏRTAC). Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Vüsal Qasımlı Braziliyanın Rio de Janeyroda keçiriləcək “Kəsişən baxışlar: Çin, ABŞ, Avropa İttifaqı, Braziliya və inkişaf edən dünya” mövzusunda beynəlxalq seminarda iştirak edəcəkdir.
SAM-dan AZƏRTAC-a verilən məlumata görə, Vüsal Qasımlı tədbirdə “Qafqaz regionu perspektlərindən qlobal və regional məsələlərə baxış” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Həmçinin V.Qasımlının hazırladığı “Azərbaycan - Cənubi Qafqazın lider ölkəsi” mövzusunda araşdırma Braziliyanın Funag Fondu tərəfindən çap etdiriləcəkdir.
Oktyabrın 21-də V.Qasımlı, həmçinin Rio de Janeyro Federal Universitetində təşkil ediləcək “Azərbaycan-Braziliya diplomatik əlaqələrinin 20 illiyi” mövzusunda konfransda iştirak edəcəkdir.
Azərbaycanın Braziliyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək konfransda səfir Elnur Sultanov da məruzə edəcəkdir.