REGİONLAR
Sumqayıtda bir qrup idmançı və məşqçi-müəllim mükafatlandırılıb
![](/files/galleryphoto/2022/1/1200x630/16464787933046119595_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464787933356263926_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464787934028713548_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464787935394450613_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464787934806432489_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464787934353228148_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646478793702336218_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464788134592949558_1200x630.jpg)
Sumqayıt, 5 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə şəhərin idman təşkilatlarının rəhbərləri, bədən tərbiyəsi və idman veteranları, Dünya, Avropa, Olimpiya və Paralimpiya Oyunlarının mükafatçıları, idman növləri üzrə baş məşqçilər və Əməkdar məşqçilərin iştirakı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra şəhərin Şəhidlər xiyabanı ziyarət edilib. Vətən uğrunda şəhid olan igid qəhrəmanların xatirəsi ehtiramla anılıb.
Bayram tədbiri Sumqayıt Dövlət Dram Teatrının konfrans zalında davam edib.
Şəhər rəhbərliyinin də iştirak etdiyi tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasətdən, ölkəmizin hərtərəfli və dinamik inkişafından, müasir idman infrastrukturunun yaradılmasından, idmançıların beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan danışıblar. Qısa bir dövrdə Sumqayıt şəhərinin də sosial-iqtisadi və mədəni həyatında davamlı inkişafa nail olması qeyd edilib.
Tədbirdə çıxış edən idman ictimaiyyətinin nümayəndələri ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində görülən məqsədyönlü işləri və bu işlərin şəhərdə uğurla davam etdirilməsini diqqətə çatdırıblar.
Sonda şəhər icra hakimiyyətinin müvafiq sərəncamı ilə bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə və 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bir qrup idmançı və məşqçi-müəllimə fəxri fərman təqdim olunub.