SUMQAYITDA UŞAQ İSTİRAHƏT DÜŞƏRGƏLƏRİ YENİDƏN FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
Sumqayıtda çoxdan unudulmuş şəhər tipli uşaq istirahət düşərgələri öz fəaliyyətini bərpa etmişdir. İyulun 1-də 14, 16, 18, 24, 26, 36 saylı orta məktəblərdə düşərgə mövsümünün açılışı olmuşdur. Təhsil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, düşərgələr şəhər icra hakimiyyətinin təşəbbüsü ilə aztəminatlı ailələrdən olan uşaqların asudə vaxtlarını səmərəli təşkil etməq məqsədilə açılmışdır. Belə ki, 500-ə yaxın yeniyetmə, bazar günlərindən başqa, hər gün saat 9-dan 13-dək tərbiyəçilərin nəzarəti altında olacaqdır. Plana əsasən, onlara idmanla məşğul olmaq və yaradıcılığı inkişaf etdirmək üçün şərait yaradılacaqdır. Uşaqlara gün ərzində yemək də veriləcəkdir. Hər növbə 20 gün davam edəcəkdir.