Sumqayıtlılar ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü qeyd ediblər VİDEO
Sumqayıt, 11 may, Ətrabə Rzayeva, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Sumqayıtda böyük izdihamla qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhərin idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri Heydər Parkında Ulu Öndərin əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.
Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olub və Ümummilli Lider haqqında filmə baxıblar.
Günün sonunda Sumqayıtın baş meydanında respublikanın incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib. Tədbir atəşfəşanlıqla başa çatıb.