MƏDƏNİYYƏT
Şuşa teatrı mövsümə iki tamaşanın nümayişi ilə yekun vuracaq
Bakı, 5 iyul, AZƏRTAC
Şuşa Dövlət Musiqili Dram Teatrı 148-ci teatr mövsümünü iyulun 16-da 2 tamaşanın nümayişi ilə yekunlaşdıracaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağı mövsümə Abdulla Şaiqin “Danışan gəlincik”, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasının nümayişi ilə yekun vuracaq.
Qeyd edək ki, bu teatr mövsümü Şuşa teatrı üçün çox uğurlu və unudulmaz bir mövsüm olub.
Belə ki, Şuşa Dövlət Musiqili Dram Teatrı 30 ildən sonra iyun ayının 29-da Şuşa şəhərində Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası ilə çıxış edib.
Hər 2 tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2024 [15:37]
Azərbaycanın turizm imkanları Çində sərgilənir
- 17.05.2024 [15:07]
Milli Teatrda “İblis” tamaşasının məşqlərinə başlanılıb
- 17.05.2024 [14:40]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Cəmil Sədizadə
- 17.05.2024 [14:34]
Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Muzeydən təhsilə” adlı tədbir keçirilib
- 17.05.2024 [14:16]
Filarmoniyada yay konsert mövsümünün təntənəli açılışı olacaq
- 17.05.2024 [14:03]
Bakıdakı Rus evində Rusiya və Yaponiya musiqiçilərinin çıxışı olub
- 17.05.2024 [13:51]