Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şuşada Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb

Şuşa, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Şuşada Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Şuranın Əsasnaməsi imzalanıb.

Sonra Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Birgə Bəyanatı qəbul edilib.

Bəyanatda bildirilib ki, müsəlman dini liderlər üzv dövlətlərdə sosial, dini və mənəvi mühitin və din-dövlət münasibətlərinin təkmilləşdirilməsi üçün müvafiq qurumlar arasında əməkdaşlığın və əlaqələndirilmənin möhkəmləndirilməsi, birgə layihələrin inkişaf etdirilməsinə çalışacaq, Türk-İslam mədəniyyətinin inkişafı, zənginləşdirilməsi və təşviq edilməsi üzrə müvafiq birgə layihələr hazırlayacaqlar. Onlar, həmçinin Türk-İslam əxlaqının təhrif edilməsinin, xurafatların, digər dini və etnik qruplara qarşı mərhəmət və ədalətli davranan türk xalqları və müsəlmanlar haqqında stereotiplərin və yanlış məlumatların yayılmasının qarşısını almağa çalışacaq, dini təhsilin və milli özünü dərk etmənin təkmilləşdirilməsi üçün birgə elmi və dini mərkəzlər yaratmaq, yetişməkdə olan nəslə əsl mənəvi dəyərləri ötürmək, tələbə, müəllim, ədəbiyyat və təcrübə mübadiləsinə, həmçinin dini təhsil müəssisələri arasında dini və elmi tədqiqatların inkişafına kömək edəcəklər.

Eyni zamanda, dini liderlər kütləvi informasiya vasitələri, televiziya və digər informasiya texnologiyaları vasitəsilə irqi, dini və etnik zorakılığa təhrik edən nifrətin qızışdırılmasına birgə müqaviməti təmin etmək, xüsusilə də bu sahədə gənclərin maarifləndirilməsi, habelə türk dünyasının dini, əxlaqi və humanitar dəyərləri, tolerantlıq ənənələri və multikulturalizmi də daxil olmaqla TDT prinsipləri əsasında terrorizm, ekstremizm, separatizm, ksenofobiya, antiislamizm və türkofobiya meyillərinin aradan qaldırılması üçün birgə səylər göstərəcəklər.

Həmçinin türk dövlətlərinin dini və mənəvi mühitinə xarici müdaxilə hallarının, xarici və zərərli təbliğatın, təkfirçilik ideologiyalarını daşıyan radikal cərəyanlar, dini və irqi dözümsüzlük və siyasi məqsədlər üçün dindən sui-istifadə daxil olmaqla, hər hansı ideoloji təxribatların qarşısının alınması üçün birgə səylər davam etdiriləcək.

Dini liderlər vurğulayıblar ki, müsəlmanlar və digər dinlərin nümayəndələri ilə birgəyaşayış mədəniyyətini inkişaf etdirəcək, qoruyacaq və gücləndirəcək, dini azadlıqların müdafiəsi sahəsində TDT-nin üzvü olan dövlətlərin dini etiqad azadlığı haqqında qanunvericiliyi və bu sahədə tətbiq olunan digər normativ hüquqi aktlar çərçivəsində əməkdaşlıq edəcəklər.

Bundan başqa, onlar türk dövlətlərində, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində zorakılıq, vandalizm və təbii fəlakət aktları nəticəsində zərər çəkmiş tarixi, dini və mədəni abidələrin bərpası üzrə birgə işlər görəcəklər. Şuranın üzvləri, eyni zamanda, dini ədəbiyyatın və tədqiqatların türk dillərinə tərcüməsi və onların qanunvericiliyə və milli adət-ənənələrə uyğun təbliğində əməkdaşlıq edəcək, müvafiq metodologiya və vasitələrin mübadiləsi və onların inkişafına yönəlmiş birgə təlim seminarları, İslam dininin elmi əsaslarının öyrənilməsi və türk dünyasının mədəni irsi ilə bağlı birgə konfranslar, simpoziumlar və digər tədbirlər təşkil edəcəklər.

Dini liderlər türk dünyasının dini, etnik və ənənəvi mahiyyətini təmsil edən bayramların və əlamətdar tarixlərin təbliğində fəal rol oynayacaq, onların, o cümlədən görkəmli din, elm, mədəniyyət xadimləri və mütəfəkkirlərin yubileylərinin birgə keçirilməsi ilə bağlı təkliflər verməyi də öz üzərilərinə götürüblər.

Eyni zamanda, ziyarət təşkilatları arasında təcrübə mübadiləsi üçün birgə iş aparılacaq, türk dövlətlərinin dini, mənəvi və mədəni irsinə aid təsdiqlənmiş nadir əlyazmaların nüsxələrinin mübadiləsini təşviq etmək, onların qorunması məqsədilə müxtəlif ölkələrin muzeylərinə birgə səfərlər təşkil olunacaq, beynəlxalq səviyyədə dini mərkəzlərlə əməkdaşlıq ediləcək, qaçqınlara, məcburi köçkünlərə, miqrantlara, müharibə və zorakılıq qurbanlarına, əlil veteranlara, uşaq evlərinə və cəzaçəkmə müəssisələrinə, təbii fəlakətlərin və ya digər fövqəladə halların qurbanı olan insanlara humanitar yardım göstəriləcək.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib: “Türk-İslam dünyasının qəhrəmanlıq qalası olan Şuşa türk coğrafiyasının mühüm hadisələrinin cərəyan etdiyi mərkəzə çevrilməkdədir. Bir millət, iki dövlət olan Azərbaycanla Türkiyə münasibətlərinin qardaşlıq və müttəfiqliyin zirvəsinə yüksəlməsində Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının ağsaqqalı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə imzaladıqları Şuşa Bəyannaməsinin, heç şübhəsiz, mühüm tarixi əhəmiyyəti var”.

Şuşanın hər bir azərbaycanlı üçün sözlə ifadə edilməyəcək qədər böyük dəyərinin olduğunu vurğulayan şeyxülislam bildirib: “Bu gün Şuşada Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsinin imzalanması, Birgə Bəyanatın qəbul edilməsi öz növbəsində Şuşanın adının tarixin salnaməsinə Türk-İslam birliyinin mənəvi vəhdətinin rəsmiləşdiyi məkan kimi daxil olması deməkdir. Biz, dini liderlər Birgə Bəyanatımızı Türk-İslam sivilizasiyasının qədim mərkəzlərindən biri olan, 2022-ci ildə Azərbaycanın, 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş Şuşada qəbul etməklə müqəddəs dinimizə, ortaq tarix, mədəniyyət və adət-ənənələrimizə olan dərin ehtiramımızı bir daha bütün dünyaya nümayiş etdirmiş olduq. Türk Dövlətləri Təşkilatının qəbul etdiyi, özəlliklə, dini-mənəvi sahəyə dair qərar və tövsiyələrin həyata keçirilməsində fəal rol oynamaq əzmimizi bəyan etmiş olduq. Allahı, Quranı, qibləsi bir olan, eyni dildə danışan qardaş xalqlarımızın dini-mənəvi müstəvidə birlik olması bizim ümumi, ortaq mənəviyyatımızın dünya çapında, beynəlxalq platformalarda yetkin, nüfuzlu qurum olaraq qəbul olunmağımızı təmin edəcək”.

Qeyd edilib ki, bugünkü Şuşa görüşü əlamətdar hadisə - işğaldan azad olunmuş Zəngilanda aeroportun açılışı ilə eyni günə təsadüf edir. Füzuli aeroportunun ardınca Qarabağın daha bir hava limanının açılış mərasimində Azərbaycan Prezidenti ilə bərabər qardaşı - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həzrətlərinin iştirak etməsi bizlərə qürur bəxş edir. Yenidən qurulan yollar, abad kənd və şəhərlər, hava limanları Azərbaycanın və ümumən türk birliyimizin rifah və gələcəyinə xidmət edəcəkdir, İnşallah. İslam və türk dünyasının tolerantlıq və multikulturalizm ənənələrinə sadiq Azərbaycan dövlətinin məscidlərlə yanaşı, kilsə və məbədlərə himayə və qayğısı türk mentalitetinin yüksək mənəvi statusunu dünya çapında əyani təsdiq edir. Bu gün azad Qarabağda dini-mənəvi abidələrin bərpa və yenidən qurulması, məscidlərimizin nəfis şəkildə bərpa edilməsi sahəsində həyata keçirilən yüksək səviyyəli işlər möhtərəm Prezidentimizin qətiyyətli siyasi iradəsinin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəhmətlərinin nəticəsidir”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib ki, Azərbaycan xalqı minlərlə şəhidimizin qanı ilə öz əzəli torpaqlarını azad edərək tarixi ədaləti bərpa etdi. Məscidlərimizdən azan səsləri ucalır, ata-baba torpaqlarımızda qurub yaradır və göz bəbəyimiz kimi qoruyuruq. İşğal dövründə müharibə cinayətlərindən çəkinməyən, Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədən, şəhər və kəndlərimizi məqsədyönlü şəkildə yer üzündən silən, torpaqları qəsdən yandırıb yararsız hala salan, su hövzələrimizi zəhərləyən, qəbiristanlıqları dağıdan, məscid və məbədlərimizi yerlə-yeksan edən erməni vandalizminin izlərini bütün dünya görür, basdırdıqları minalar bu gün də yüzlərlə mülki şəxsin həyatına son qoymaqda davam edir. Erməni siyasi rəhbərliyi son sərhəd təxribatları ilə bağlı vurğuladı ki, vəziyyətə dini don geyindirmək cəhdləri qeyri-məqbuldur. Lakin həqiqət bundan ibarətdir ki, məhz erməni dini dairələri din adından nifrətə çağırışlar, qızışdırıcı bəyanatlar səsləndirməkdədirlər. Erməni Apostol Kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı, beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Uzun illər ərzində erməni siyasi liderlərinin cinayətkar əməllərinə mənəvi haqq qazandıran erməni kilsəsinin rəhbərliyinin Xankəndiyə səfərlər edərək revanşist bəyanatlar səsləndirməsi böyük təəssüf doğurur. Bir əlində İncil, bir əlində avtomat həyat deyil, ölümə, dinc birgə yaşayışa deyil, işğala, zülmə və zora xeyir-dua vermək dini dəyərlərlə bir araya sığmır, erməni xalqına vəd etdikləri səadət əvəzinə yeni faciələr gətirməkdədir. Nə qədər gec deyil, erməni kilsəsi Uca Yaradan qarşısında üzərinə düşən mənəvi missiyasını yerinə yetirərək, öz xalqının taleyini, ermənilərin tarixi müqəddəratını düşünərək müdriklik nümayiş etdirməli, xalqını məhvə sürükləmək əvəzinə, onu xilas edəcək, ona nicat və tərəqqi gətirəcək ideyalar təlqin etməlidir. Buradan, azad Şuşadan erməni kilsəsinə, Eçmiədzinə səslənirəm - revanşizmə, nifrət və təxribatlara son qoyun. Uca Yaradan qarşısında mənəvi borcunuzdan çıxış edərək ölümə, yeni müsibət və faciələrə deyil, həyata çağırın! Yalan vədlər deyil, məhz həqiqətləri demək sizin erməni xalqı qarşısında ən böyük tarixi xidmətiniz olar.

Şeyxülislam bildirib ki, qalibiyyətli Vətən müharibəsi müstəqilliyimizin təntənəsinin təcəssümü oldu. “Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz həmrəylik və iradəsinə, dövlət-xalq birliyinə güvənən müzəffər sərkərdə, Ali Baş Komandanın dünya miqyasında apardığı fəal, inamlı, dərin zəka və dəmir məntiqə əsaslanan siyasət Azərbaycanın haqq işinin davamlı Qələbəsini təmin etdi. Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, ordumuzun hünəri ilə Azərbaycanın dövlət bayrağı azad Qarabağda dalğalandı, məscidlərin minarələrindən azan səsləri ucaldı, müqəddəs məbədlərimiz əsarətdən qurtuldu. Azərbaycan Vətən müharibəsindəki Zəfərinin ikinci ildönümü ərəfəsindədir. Azərbaycan xalqının haqq mübarizəsinin qalibiyyət dastanını dünya tarixi səhifələrinə həkk etmiş, Azərbaycanı dünya çapında qalib ölkə, Azərbaycan xalqını zəfər çalmış xalq yüksəkliyinə qaldırmış, Qarabağ Zəfərinin müəllifi olan Zati-aliləri İlham Əliyevi biz, dini liderlər Türk Dövlətləri Təşkilatının iki yüz milyon müsəlmanı adından böyük qürur hissi ilə bu gün Şuşadan təbrik edir, bütün türk dünyası adına qazanılmış Zəfərə görə dərin təşəkkürlərimizi birgə ifadə edirik. Zəfərimiz mübarək! Uca Allah Azərbaycan Prezidentini hər zaman müzəffər qərar versin, yeni zəfərlər nəsib etsin!”, - deyə A.Paşazadə qeyd edib.

Diqqətə çatdırılıb ki, bu gün Şuşada İslam həmrəyliyi, türk həmrəyliyi bayramıdır: “Türk Dövlətləri Təşkilatı ölkələrinin müsəlman dini liderlərinin yekdil rəyi və xeyir-duaları ilə Şuranın gerçəkləşməsi Uca Allahın lütfü, böyük mənəvi uğurdur.

Sonra çıxış edən Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderləri 44 günlük Vətən müharibəsində qazanılan Zəfər münasibətilə dövlətimizin başçısı və xalqımızı təbrik edib, Şuşanın Azərbaycan və türk dünyası üçün əhəmiyyətini vurğulayıblar.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubunu oxuyub.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Xalq yaziçisi Elçinin Türkiyədə yeni kitabi çap olunub

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Türkiyəli nazir: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

® “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb VİDEO

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Cavid Hüseynov tanınmış mütəxəssisin köməkçisi təyin olunub

Qubada qanunsuz tikintinin qarşısı alınıb VİDEO

“Bağçada rahat yer” musiqili tamaşası III Bakı Piano Festivalının yaddaqalan hadisəsi olub

Bakıda qanunsuz saxlanılan tapança oğurlanıb VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çimərlik turu təşkil edilib

İranda prezident seçkiləri: Pezeşkiyan və Cəlili ikinci tura keçib

Dövlət Vergi Xidməti ötən ay olan müraciətlərin hesabatını açıqlayıb

Sabahın hava proqnozu açıqlanıb

UNEC-in “Məzun günü” keçirilib: bu il universiteti 5300-ə yaxın tələbə bitirir

“Turan Tovuz” iki futbolçu ilə müqaviləni yeniləyib

İspaniya futbol tarixinin ən yaxşı müdafiəçisi bəlli olub

Keniyada etiraz aksiyaları zamanı azı 30 nəfər ölüb

Sumqayıt teatrı “Xeyir xəbər” tamaşasını təqdim edib

Hesabat: Ötən il Fransada irqçilik halları 32 faiz artıb

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib

Macarıstan Etnoqrafiya Muzeyi dünyanın ən yaxşı ictimai binası elan edilib

Azərbaycan basketbol hakimlərinin bilik və bacarıqları artırılır

ABŞ kəşfiyyat peykini orbitə çıxarıb

“Egemen Qazaqstan” qəzeti: Azərbaycanda medianın sərbəst fəaliyyəti üçün bütün şərait yaradılıb

Polis işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün tədbirləri davam etdirir

İtaliyalı ekspert: Azərbaycan karbohidrogen istehsalçısı kimi dünya iqtisadiyyatında mühüm yer tutur - MÜSAHİBƏ

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: Gürcüstan Avropa çempionatında yeni tarix yazdı

Amerikalıların 60 faizi Baydenin namizədliyinin əvəzlənməsini dəstəkləyib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyi davam edir

Fiziki aktivliyin zəifliyi 1,8 milyard yetkin insanda xəstəliklərə səbəb olur

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Yanvar-may aylarında “Könüllü DOST” proqramına 530 nəfər cəlb olunub

Avrora Qrup 2024-cü il iyulun 2-də “Açıq qapı” günü elan edir!

Milli Kitabxanada “Çingiz Əlioğlu - 80” adlı kitab sərgisi açılıb

Rusiya nümayəndə heyəti ATƏT PA-da fəaliyyətini dayandıracaq

Azərbaycan çempionu 8 əcnəbi voleybolçu ilə vidalaşıb

® Bakı Fond Birjasında “AccessBank” istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

KİV: Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

DİN: Əvvəlki dövrlərdən bağlı qalan 25 cinayət açılıb

Amerika Kuboku: Kolumbiya 1/4 finala yüksəlib, Braziliya ilk qələbəsini qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Faktiki hava: Əksər rayonlarda hava əsasən yağmursuz keçib

Prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olublar

Avro-2024: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü keçirilib

Sabirabadda çətənə kolları yetişdirən iki qardaş saxlanılıb

İranda prezident seçkilərində islahatçı Pezeşkiyan liderlik edir VİDEO

ABŞ Qətərdən İsrail və Hizbullah arasında danışıqlarda vasitəçilik etməsini istəyib

Yevlax rayon sakinindən silah-sursat götürülüb

“Asiya uşaqları” Oyunlarında Azərbaycan üzgüçülərinin növbəti uğuru

Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib

Araşdırma: Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar

ABŞ ordusu raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb

Plastik şüşələrdən su içmək diabet riskini artırır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir

Qazaxıstanda ən böyük stadionun tikintisinə başlanılıb

Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar?

Bu il ADPU-dən 4700-dən çox tələbə məzun olur

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub

ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb

İranda prezident seçkilərində səsvermə başa çatıb

FHN: Hacıqabul rayonunda subasmaya məruz qalmış ərazilərdən 81 nəfər təxliyə olunub

Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər

Argentinada cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər

BVF Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılmasını təsdiqləyib

Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb

“Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumuna yekun vurulub

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Qaxda baş verən təbii fəlakətlər aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi VİDEO

Fuad Abbasov: Regionlarda yarışların keçirilməsi insanların gimnastikanı tanımalarına töhfə verir

Azərbaycanın COP29-la bağlı əldə edəcəyi irəliləyiş bizi həvəsləndirir

Tullantıların səmərəli idarə olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Naxçıvanda doğum günü iyun ayında olan şəhidlərin xatirəsi anılıb

Səbinə Əliyeva İstanbulda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk gününə yekun vurulub

Azərbaycan Milli Kitabxanasından VİDEOREPORTAJ

Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub

® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi