TANINMIŞ ABŞ KARİKATURAÇI RƏSSAMININ BAKIDA FƏRDİ YARADICILIQ SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyunun 20-də ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilatçığı ilə “Abşeron” Rəsm Qalereyasında tanınmış ABŞ karikaturaçı rəssamı Kevin Kallagerin fərdi yaradıcılıq sərgisi açılmışdır.
Sərginin ekspozisiyasına rəssamın 50-yə yaxın əsəri daxildir.
Kevin Kallager (KAL) Londonda çıxan nüfuzlu “Ekonomist” jurnalının ştatlı karikaturaçı rəssamıdır. O, 1977-ci ildə Harvard kollecini fərqlənmə ilə bitirmiş və Böyük Britaniyaya köçmüşdür. Orada Brayton basketbol klubunun üzvü olmuşdur. Karikaturaçılıq fəaliyyətinə də məhz həmin illərdə başlamış Kallager Trafalqar meydanında turistlər üçün karikaturalar çəkmişdir. 1978-ci ildə “Ekonomist” jurnalı ilə karikaturaçı kimi əməkdaşlığa başlamışdır. Londonda rəssam “Observer”, “Sandi Teleqraf”, “Tudey” və “Meyl on Sandi” qəzet və jurnalları üçün də karikaturalar çəkmişdir.
1988-ci ildə vətənə qayıdan rəssam “Baltimor San” qəzetində kairkaturaçı kimi işə başlamış və 17 ildə qəzet üçün 4000-dən çox karikatura çəkmişdir. Həmin dövr ərzində “Ekonomist” jurnalında rəssamın hər həftə iki əsəri çap olunmuşdur.
Əsərləri dünyanın bir sıra nüfuzlu qalereyalarında nümayiş etdirilən rəssamın yaradıcılığı həm də beynəlxalq mükafatlara layiq görülmüşdür.
Azərbaycanda isə onun karikaturaları ilk dəfədir nümayiş etdirilir. Karikaturalar, əsasən, ABŞ-ın nüfuzlu dövlət xadimlərinə həsr edilmişdir. Lakin Amerika cəmiyyətini narahat edən digər məsələlər də rəssamın gözündən qaçmamışdır. Kevin Kallagerin yaradıcılığı bir rəmz sayıla bilər. ABŞ vətəndaşları öz ölkələrinin hakimiyyətinə tənqidi yanaşır, lakin bu, onlara öz vətənini sevməyə, ona loyal olmağa və dövlət xadimlərinə hörmətlə yanaşmağa heç də mane olmur.
Açılış mərasimində bütün bunlar barədə ətraflı danışılmışdır. ABŞ-ın Azərbaycandakı səfiri xanım Ann Ders, qalereyanın direktoru Eldəniz İbrahimov və başqaları ölkələrimiz arasında mədəni əlaqələrin genişləndirilməsində belə tədbirlərin əhəmiyyətini vurğulamışlar.
Sərgi iyunun 22-dək davam edəcəkdir.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]

