ELM VƏ TƏHSİL
Tarix Muzeyində Azərbaycan kino sənətinə dair maraqlı materiallar qorunur
Bakı, 2 avqust, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Azərbaycan kino sənətinə dair maraqlı materiallar qorunur. Bu materiallar arasında 1957-ci ildə Bakı kinostudiyasında çəkilmiş filmlərin kadrlarından ibarət olan albom yer alır. Həmin illüstrativ nəşrə 1955-ci ildə çəkilmiş “Bəxtiyar” və “Görüş”, 1956-cı ildə “Səadət yolu ilə”, “O olmasın, bu olsun”, “Qara daşlar”, 1957-ci ildə “Bir məhəllədən iki nəfər” və “Qızmar günəş altında” filmlərinin ən baxımlı epizodlarının fotoşəkilləri daxil edilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Albom 37 vərəqdə 24 fotoşəkildən ibarətdir.
1898-ci il avqustun 2-də fotoqraf Aleksandr Mişon lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərin müstəqil nümayişini təşkil edib. Həmin gün Azərbaycan milli kinosunun yaranma günü sayılır.