ELM VƏ TƏHSİL
Təhsil Nazirliyinin tabeliyində “Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində “Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, “Təhsilin İnkişafı Fondunun Nizamnaməsi” təsdiq edilib. Fondun Nizamnamə fondu 1 (bir) milyon manat təşkil edir və nazirlik tərəfindən tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən ayırmalar hesabına təmin olunur.
Qeyd edək ki, qərar “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 1399 nömrəli Fərmanının 1-ci hissəsinin və 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [18:36]
Mərkəzi Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar
- 28.06.2024 [18:10]
ABŞ-ın Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş
- 28.06.2024 [17:51]
AMEA-nın əməkdaşı Çində elmi məruzə ilə çıxış edib
- 28.06.2024 [17:47]
“SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır
- 28.06.2024 [17:13]