ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyi təlim və metodologiya xidmətlərinə dair hesabat təqdim edib
Bakı, 26 aprel, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) təlim və metodologiya xidmətlərinə dair hesabat təqdim edib.
TKTA-dan AZƏRTAC bildirilib ki, indiyədək 16 ali təhsil müəssisəsindən 12-dən artıq daxili və (və ya) xarici keyfiyyət təminatına dair təlim və metodoloji xidmət yekunlaşıb. Dörd ali təhsil müəssisəsində isə sözügedən xidmətlər davam edir. Eyni zamanda, 3 orta ixtisas təhsili müəssisəsinə əməkdaşlıq müqaviləsi çərçivəsində xidmətlər göstərilib.
Son bir il ərzində akkreditasiya proseslərində ekspert qismində iştirak etmək üçün 543 nəfər müvafiq qaydada müraciət edib. Onların müraciətləri öncədən müəyyən olunmuş meyarlar əsasında qiymətləndirilib və 369 nəfər daxili keyfiyyət təminatına dair 1-ci modul təlimlərə cəlb edilib. Birinci modulu müvəffəqiyyətlə başa vuran 255 nəfər peşəkar ekspert fəaliyyəti ilə bağlı ikinci modul təlimlər keçilib. İkinci modulu müvəffəqiyyətlə başa vuran 172 nəfərə 3-cü modul təlimlər təşkil olunacaq.
Qeyd edək ki, akkreditasiya qiymətləndirilməsi prosesində ekspert qismində iştirak üçün Agentlik tərəfindən “Ekspert bankı” yaradılıb və namizədlərin müraciətləri davamlı olaraq nəzərdən keçirilir və qoyulan tələblərə uyğun namizədlər üç moduldan ibarət təlimlərə cəlb olunurlar.