Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların həcmi 2,1 milyard dollar qiymətləndirilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 2,1 milyard dollar məbləğində qiymətləndirilib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, daxilolmalar 1,7 milyard dollar, ödənişlər isə 0,4 milyard dollar olub. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 96,7 faizini xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 2,1 faizini ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 1,2 faizini isə digər daxilolmalar təşkil edir.
Ölkəyə göndərilən pul baratlarının həcmi 3,3 dəfə artaraq 1,6 milyard dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 17,4 faiz artaraq 0,3 milyard dollar olub.
Nəticədə pul baratları üzrə 1,3 milyard dollar müsbət saldo yaranıb. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 1,3 milyard dollar (5,9 dəfə artım) təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]