Tələbələr Geologiya İnstitutunda aparılan son tədqiqatlar barədə məlumatlandırılıb
Bakı, 12 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurası Bakı Dövlət Universitetinin tələbələri üçün “Açıq qapı” günü təşkil edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tələbələrə müəssisənin tarixi inkişaf yolu, elmi-tədqiqat istiqamətləri, mövcud şöbələri, eləcə də beynəlxalq və respublika səviyyəsində reallaşdırılmış elmi layihələr və tədbirlər haqqında geniş məlumat verilib. Tələbələr Geologiya İnstitutunun laboratoriyalarda aparılan son tədqiqat üsulları, istifadə olunan müasir cihazlar və elmi-texniki nailiyyətlər barədə də ətraflı məlumat əldə ediblər.
İnstitutun mütəxəssisləri gün ərzində tələbələrin suallarını cavablandırıblar.