SİYASƏT
Təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatmışdır
Bakı, 5 dekabr (AZƏRTAC). ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 5-də qoşunların Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin qərbində yerləşən təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatmışdır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqə Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçisi Uilyam Prayor, səhra köməkçisi Xristo Xristov və Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi Andrey Baraşkin nəzarət etmişlər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeniy Şarov və Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi Vitali Belokon keçirmişlər.