ELM VƏ TƏHSİL
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşıb
![Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşıb](/files/2022/3/1200x630/16669698436481426684_1200x630.jpg)
Bakı, 28 oktyabr, AZƏRTAC
Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi sona çatıb.
İnsan Resursları Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsahibələrə 775 nəfər dəvət edilib. Onlardan 740 namizəd müsahibə mərhələsində iştirak edib.
Qeyd edək ki, müsahibələr zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılıb.