TEXNİKİ UNİVERSİTETİN SİDNEYLİ QONAĞI
Avstraliyanın Sidney Texnoloji Universitetinin doktoru Cafar Madat Nia Azərbaycan Texniki Universitetində olmuşdur. Universitetdən müxbirimizə bildirmişlər ki, C.Madat universitetin rektoru ilə görüşmüş, müəllimlərlə fikir mübadiləsi aparmış elmi tədqiqat, tədris labarotoriyaları ilə tanış olmuşdur. Azərbaycan Texniki Universiteti ilə Sidney Texnoloji Universiteti arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanmışdır. Bunun nəticəsində Avstraliyada tədrisə ayrılan qrantlardan Azərbaycan mütəxəssislərinin də istifadə etməsi və onların “ Yaşıl qitə”də elmi təcrübə keçməsi və təhsil alması imkanları nəzərdə tutulmuşdur.