İDMAN
“The Jerusalem Post” qəzeti Avropa Oyunlarında iştirak edən atletlərin fikirlərini dərc edib
![“The Jerusalem Post” qəzeti Avropa Oyunlarında iştirak edən atletlərin fikirlərini dərc edib](/files/2015/2/1200x630/14352468261806849656_1200x630.jpg)
Bakı, 25 iyun, AZƏRTAC
“The Jerusalem Post” qəzetində Avropa Oyunlarında iştirak edən bir sıra atletlərin fikirləri dərc edilib.
AZƏRTAC xəbər verir ki, İsrail üzgüçüsü Mark Hinavi Oyunlarda iştirakdan məmnunluğunu ifadə edərək bildirib: “Bu, heyrətamiz hiss idi. Nəticələrimdən çox məmnunam. Mənim məqsədim qarşıdan gələn Rio-2016 Olimpiya Oyunlarına, daha sonra isə 2020-ci ildə Tokio Olimpiya Oyunlarına qatılmaqdır”.
18 yaşlı Ziv Kalontarov da Avropa Oyunlarının final mərhələsində iştirak etməkdən məmnun olduğunu deyib: “Hesab edirəm ki, Rio-2016-nın seçmə mərhələsində 90 faiz şansım var”.
Böyük Britaniyanın ağırçəkili boksçusu Co Coys Avropa Oyunları ilə bağlı fikirlərini bölüşərək bildirib: “Bu Oyunlarda iştirakım karyeramın ən gözəl anlarındandır. Mən Rio-2016 Olimpiya Oyunlarına bir addım daha yaxınam”.
Rusiyalı boksçu Həsən Gimbatovu məğlub edən Co Coys Avropa Oyunlarında qazandığı qızıl medalı kolleksiyasına daxil etməkdən şad olduğunu deyib.