TÜRK ŞİRKƏTİNİN XEYRİYYƏÇİLİK TƏDBİRLƏRİ
Şirkətin direktoru Abdulla Şanlı AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, artıq 6-cı ildir ki, qardaş Azərbaycanda kimsəsiz və aztəminatlı ailələrin uşaqlarına kömək məqsədi ilə belə tədbirlər keçirilir. Hər il 1000 nəfər uşağa pulsuz xidmət göstərilir, onlara hədiyyələr verilir.
Builki tədbirə iyunun 6-da Bakının Qaradağ rayonunda başlanmışdır. Türk və azərbaycanlı cərrahların qatıldığı tədbirlər yüksək tibbi-gigiyena qaydalarına ciddi əməl olunmaqla yerinə yetirilir. Həkimlər və xeyriyyəçilərdən ibarət briqada iyunun 7-də Şamaxıda, iyunun 9-da isə Göyçayda olmuşlar. Xeyriyyəçilik tədbirləri Lənkəran, Astara, Bakının Nərimanov rayonunda və Lökbatan qəsəbəsində davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Hörmüz boğazında tanker atəşə tutulub
- 12.10.2026 [23:56]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [22:15]
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb
- 12.10.2026 [22:04]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [21:30]