Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏ RESPUBLİKASI BAŞ NAZİRİNİN MÜAVİNİ DÖVLƏT BAXÇALININ AZƏRBAYCANA SƏFƏRİ
FƏXRİ XİYABANI ZİYARƏT

Bakıda rəsmi səfərdə olan Türkiyə Respublikası baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalı və onun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri mayın 7-də səhər Fəxri xiyabana gəldilər. 

Dövlət Baxçalı əvvəlcə Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin məzarını ziyarət edərək əklil qoydu.

Daha sonra qonaqlar Fəxri xiyabanı gəzdilər. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov onlara məlumat verərək bildirdi ki, burada Azərbaycanın ən görkəmli siyasi və dövlət, mədəniyyət, incəsənət, ədəbiyyat, elm, hərbi xadimləri dəfn olunur.

Cənab Baxçalı və nümayəndə heyətinin üzvləri Bülbülün, Səməd Vurğunun, Cəlil Məmmədquluzadənin, Seyid Cəfər Pişəvərinin, Rəşid Behbudovun, Müslüm Maqomayevin, Əziz Əliyevin, Zərifə xanım Əliyevanın və başqalarının məzarlarını ziyarət etdilər.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz qonaqlarla birlikdə Fəxri xiyabanda olmuşlar.

MÜXALİFƏT PARTİYALARININ NÜMAYƏNDƏLƏRİ İLƏ 

GÖRÜŞ

Türkiyə baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalı həmin gün Türkiyənin Bakıdakı səfirliyində müxalifət partiyalarının nümayəndələri ilə görüşmüşdür. 

Söhbət zamanı Türkiyə-Azərbaycan münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Cənab Baxçalı bir daha bəyan etdi ki, Azərbaycanın işğal edilmiş torpaqları azad olunmayınca, münaqişə ədalətlə həll edilməyincə, qaçqınlar öz yurdlarına qayıtmayınca Türkiyə ilə Ermənistan arasında hər hansı bir əlaqə ola bilməz. Bu problemlərin həll edilməsində Türkiyə həmişə olduğu kimi, bundan sonra da Azərbaycanı, onun ədalətli mübarizəsini dəstəkləyəcəkdir.

Görüşdə Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz iştirak edirdi.

TÜRKİYƏ RESPUBLİKASI BAŞ NAZİRİNİN MÜAVİNİNƏ

BDU-NUN FƏXRİ DOKTORU DİPLOMU

TƏQDİM OLUNMUŞDUR

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Baş Nazirinin müavini, Dövlət Naziri Dövlət Baxçalıya mayın 7-də Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edilmişdir.

Mərasim Türkiyənin və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə başlandı. Sonra BDU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Abel Məhərrəmov mərasimi açaraq, Türkiyə Respublkası Baş Nazirinin müavini Dövlət Baxçalını və onun rəhbərlik etdiyi nümayəndə heyətini respublikamızın bu qocaman ali təhsil ocağında salamlamaqdan məmnunluq duyduğunu bildirdi.

BDU-nun tarixi və fəaliyyəti barədə qonağa ətraflı məlumat verən A.Məhərrəmov dedi ki, hazırda universitetin 15 fakultəsində 13 min tələbə təhsil alır. Onların arasında Türkiyədən, o cümlədən dünyanın 15 ölkəsindən gəlmiş gənclər də var. 500-qədər xarici vətəndaş burada 46 ixtisas üzrə bakalavr, 120 ixtisas üzrə magistr pilləsində təhsil alır.

Natiq dedi ki, bu gün dünyanın bir çox ali məktəbləri ilə əməkdaşlıq edən universitet ABŞ, Fransa, Yaponiya kimi ölkələrin elm ocaqları ilə ümumi məbləği milyon dollarla ölçülən proqramlər və qrantlar üzərində çalışırlar.

Rektor bildirdi ki, uzun əsrlər boyu xalqlarımız arasında yaranmış qardaşlıq münasibətləri indi strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmışdır. Təhsil sahəsində də münasibətlər geniş inkişaf edir. Türkiyə dövlətinin yardımı ilə BDU-da “Türk odası” yaradılmışdır. Abel Məhərrəmov diplomların qarşılıqlı surətdə tanınması, universitetdəki təhsil posesində türkiyəli alimlərin daha fəal iştirak etməsinin vacibliyini nəzərə çarpdırdı, bu məsələlərin həllinə kömək göstərməsini qonaqdan xahiş etdi.

Universitetin rektoru dedi ki, BDU-nun fəxri doktoru adına layiq görülmək böyük şərəfdir və bu adı daşıyanlar arasında bir sıra dövlət xadimləri vardır. Natiq bildirdi ki, Türkiyə Respublikası baş nazirinin müavini Dövlət Baxçalı ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsində, elmin və təhsilin inkişafında xidmətlərinə görə, elmi şuranın 6 may tarixli qərarı ilə universitetin fəxri doktoru adına layiq görülmüşdür.

Sonra Dövlət Baxçalıya fəxri doktor diplomu, medalı, mantiyası təqdim edildi. Qonağa “BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev” kitabı və xalça da hədiyyə olundu.

Mərasimdə akademik Fuad Qasımzadə, tarix fakultəsinin dekanı, Milli Məclisin deputatı, professor Yaqub Mahmudov, Türkiyə-Azərbaycan dostluq cəmiyyətinin həmsədri, 1V kurs tələbəsi Ökkeş Karaquş da çıxış etdilər.

Türkiyə Respublikası baş nazirinin müavini Dövlət Baxçalı bu yüksək şərəfə layiq görüldüyü üçün BDU-nun elmi şurasına minnətdarlığını bildirərək dedi ki, Türkiyə-Azərbaycan münasibətlərinin, o cümlədən təhsil sahəsində əməkdaşlığın dərinləşməsində səylərini əsirgəməyəcəkdir. O, əmin olduğunu bildirdi ki, qardaş ölkələrimizin gəncləri türk dünyasının aydın gələcəyi üçün daha böyük səylə çalışacaqlar.

Ermənistan -Azərbaycan, Daglıq Qarabağ münaqişəsinin həll olunmamasının müstəqil Azərbaycanın inkişafında böyük əngəl olduğunu vurğulayan natiq onu da bildirdi ki, bu münaqişə həll edilməyincə, Türkiyənin Ermənistanla iqtisadi, sosial, siyasi sahələrdə heç bir əlaqəsi ola bilməz. İşğal edilmiş torpaqlar azad olunmalı, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin edilməlidir.

Mərasimdə Azərbaycanın təhsil naziri Misir Mərdanov, Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin midiri Fatma Abdullazadə, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz, Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev və digər rəsmi şəxslər iştirak edirdilər.

AZƏRBAYCAN PAYTAXTI İLƏ TANIŞLIQ

Türkiyə Respublikası baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalı mayın 7-də günorta Azərbaycan paytaxtı ilə tanış olmuşdur.

Hörmətli qonaq şəhərin dağüstü hissəsində akademiya şəhərciyinin yerləşdiyi rayonla tanışlıqdan sonra İdman-Konsert Kompleksinə gəldi. Ona bu nəhəng kompleksdə son vaxtlar görülmüş yenidənqurma işləri, bir neçə gün əvvəl keçirilmiş sərbəst güləş üzrə 45-ci Avropa çempionatı, Azərbaycan və Türkiyə idmançılarının uğurlu çıxışları barədə məlumat verildi.

Daha sonra cənab D.Baxçalı dənizkənarı Milli parkı gəzdi, Xəzəri seyr etdi, Bakı metropoliteninin “Nizami” stansiyasında Azərbaycanın görkəmli fırça ustası, xalq rəssamı Mikayıl Abdullayevin dahi şairin “Xəmsəsi” mövzusunda verdiyi tərtibatla - rəngarəng pannolarla maraqla tanış oldu.

Paytaxtla tanışlıq zamanı hörmətli qonağı Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov müşayiət edirdi.

AXISKA TÜRKLƏRİ İLƏ GÖRÜŞ

Mayın 7-də Türkiyə baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalı onun üçün ayrılmış iqamətgahda Axıska türklərinin nümayəndələri ilə görüşmüşdür. 

Axıska türklərinin “Vətən” cəmiyyətinin sədri Xalid Taştan uzun illər həsrətində olduqları doğma vətənlərinə qayıtmaq arzularını bildirdilər.

Cənab Dövlət Baxçalı doğma yerlərindən deportasiya olunmuş və hazırda Azərbaycanda yaşayan yüz mindən artıq Axıska türkünün vətənlərinə dönmələri üçün beynəlxalq təşkilatlarla danışıqlar aparıldığını və bu sahədə xeyli iş görüldüyünü bildirdi.

X X X

Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev ilə Türkiyə baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalı arasında təkbətək görüş olmuşdur.

Daha sonra isə görüş Prezident Heydər Əliyevin və baş nazirin müavini Dövlət Baxçalının iştirakı ilə geniş tərkibdə davam etdirildi.

Mayın 7-də axşam Azərbaycanın Prezidenti Heydər Əliyevin adından Türkiyə baş nazirinin müavini Dövlət Baxçalının şərəfinə ziyafət verildi.

AZƏRTAC

Foto Namiq Məmmədovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir