Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏ RESPUBLİKASI BAŞ NAZİRİNİN MÜAVİNİ, DÖVLƏT NAZİRİ DÖVLƏT BAXÇALININ AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəvəti ilə Türkiyə Cümhuriyyəti baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalı mayın 6-da ölkəmizə rəsmi səfərə gəlmişdir. Binə hava limanında hörmətli qonağı Azərbaycan baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Cənab Dövlət Baxçalı kütləvi informasiya vasitələrinin nümayəndələrinə qısa müsahibə verərək dedi:

- Mən ilk dəfədir Azərbaycana hörmətli Prezident Heydər Əliyevin dəvəti ilə səfər edirəm və bu səfərimdən çox məmnunam. Öz vətənimizi ziyarət etməkdən, buradakı ürək dostlarımızla görüşməkdən çox böyük sevinc duyduğumu ifadə etmək istəyirəm. Azərbaycan və Türkiyə qardaş və dost ölkələrdir. Əlaqələrimiz ildən-ilə inkişaf etməkdə davam edir. İnanıram ki, bu cür səfərlər mövcud olan əməkdaşlığımızı daha da genişləndirəcəkdir.

X X X

Türkiyə baş nazirinin müavini Dövlət Baxçalını qarşılayanlar arasında müdafiə naziri general-polkovnik Səfər Əbiyev, səhiyyə naziri Əli İnsanov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz və digər rəsmi şəxslər də olmuşlar.

ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM

Türkiyə baş nazirin müavini, dövlət naziri Dövlət Baxçalı və onu müşayiət edən nümayəndə heyətinin üzvləri ilə həmin gün Şəhidlər xiyabanını ziyarət etmiş, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla anmışlar.

Cənab Dövlət Baxçalı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu, Şəhidlər xiyabanının fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Daha sonra Türkiyə baş nazirinin müavini və nümayəndə heyətinin üzvləri türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoydular.

Sonra türkiyəli qonaqlar Şəhidlər camesində oldular.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, ölkəmizin Ankaradakı səfiri Məmməd Əliyev, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz və digər rəsmi şəxslər qonaqlarla birlikdə Şəhidlər xiyabanında olmuşlar.

MİLLİ MƏCLİSDƏ QƏBUL

Mayın 6-da Milli Məclisin sədri Murtuz Ələsgərov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə baş nazirinin müavini Dövlət Baxçalını və onu müşaiyət edən şəxsləri qəbul etmişdir.

Murtuz Ələsgərov qonaqları səmimiyyətlə salamlayaraq dedi ki, onların ölkəmizə ilk rəsmi səfəri ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəkdir. O, münasibətlərimizin inkişafında Türkiyə və Azərbaycanın dövlət başçılarının görüşlərinin böyük rol oynadığını, bu görüşlər zamanı qarşılıqlı surətdə faydalı əlaqələrin hüquqi bazasının yaradıldığını xüsusi vurğuladı. Prezidentlərin bu yaxınlarda Trabzon şəhərində keçirilmiş görüşü əməkdaşlığımızın daha bir mühüm mərhələsinə çevrilmişdir. Bu görüşdə boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi və terrorizmlə mübarizədə səylərin birləşdirilməsi haqqında razılaşma əldə olunmuşdur.

Milli Məclisin sədri ikitərəfli əməkdaşlığın inkişafında böyük əhəmiyyətə malik olan parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi məsələsinə toxunaraq bildirdi ki, ölkələrimizin qanunvericilik orqanlarının nümayəndələri NATO Parlament Assambleyası, AŞPA və QİƏT Parlament Assambleyası kimi mötəbər beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. O, qonaqlara Asiya Sülh Naminə Parlamentlərarası Assosiasiyasının bu yaxınlarda keçirilmiş 3-cü Baş Assambleyasında ölkələrimizin parlament üzvlərinin görüşləri barədə də məlumat verdi.

Murtuz Ələsgərov məmnunluqla vurğuladı ki, Türkiyə Dağlıq Qarabağ probleminin həlli məsələsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyir.

Türkiyə baş nazirinin müavini Dövlət Baxçalı da münasibətlərimizi yüksək qiymətləndirərək nəzərə çarpdırdı ki, onun ölkəmizə ilk rəsmi səfəri Azərbaycan Prezidenti Heydər Əliyevin dəvəti ilə həyata keçirilir. O, dövlət başçılarının bu yaxınlardakı Trabzon zirvə görüşünün əhəmiyyətindən danışaraq dedi ki, yüksək səviyyədə görüşlər mühüm iqtisadi layihələrin hazırlanmasına şərait yaradır. Biz istəyirik ki, Azərbaycan güclü və çiçəklənən dövlət olsun, Türkiyə isə, buna öz töhfəsini verməyə hazırdır.

Dövlət Baxçalı ölkələrimizin parlamentləri arasında əməkdaşlığın böyük əhəmiyyəti olduğunu da vurğulayaraq, parlament sədrləri və üzvlərinin sıx əlaqə saxlamalarının zəruriliyini söylədi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.

Qəbulda Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz və digər rəsmi şəxslər iştirak edirdilər.

X X X

NAZİRLƏR KABİNETİNDƏ QƏBUL

Elə həmin gün baş nazir Artur Rasizadə Türkiyə baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalını və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları səmimi salamlayan Artur Rasizadə Azərbaycan-Türkiyə əməkdaşlığının çoxşaxəli olduğunu, ölkələrimiz arasında diplomatik əlaqələrin yarandığı ilk günlərdən başlayaraq siyasi, iqtisadi, mədəni əməkdaşlığın getdikcə genişləndiyini, xüsusilə blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasına yardım göstərilməsində Türkiyənin xidmətlərini xüsusi vurğuladı.

Dövlətlərimiz arasında iqtisadi əməkdaşlıqdan danışarkən baş nazir dedi ki, indi çoxlu layihələr həyata keçirilir. Bunlardan ən mühümü Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələridir.

Bir neçə gün əvvəl Trabzonda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin görüşündə Şərq-Qərb enerji dəhlizinin təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu xatırladan baş nazir dövlətlərarası iqtisadi komissiyanın da indi fəal işlədiyini, onun son iclasında uzunmüddətli iqtisadi əməkdaşlıq proqramının hazırlanması və həyata keçirilməsi barədə qərar qəbul etdiyini bildirdi.

Respublikanın ictimai-siyasi həyatında sabitlik olduğunu, iqtisadiyyatda müəyyən müsbət nəticələr əldə edildiyini söyləyən baş nazir mövcud problemlərdən danışarkən ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dedi ki, bu məsələdə qardaş Türkiyənin prinsipial mövqe tutması, Azərbaycanı dəstəkləməsi problemin ədalətli həll edilməsi uğrunda mübarizədə ölkəmizə mühüm köməkdir.

Səmimi qəbul üçün təşəkkür edən cənab Dövlət Baxçalı bildirdi ki, ilk dəfədir ki, ölkəmizə Azərbaycan Prezidenti Heydər Əliyevin dəvəti ilə səfər etmişdir və hər yerdə mehribanlıqla qarşılanmışdır. Müstəqillik illərində Azərbaycan iqtisadi və siyasi sahələrdə çox mühüm nailiyyətlər əldə etmişdir və bütün bunlar onu sevindirir. Müstəqilliyini yeni qazanmış hər bir ölkənin problemləri olmasını təbii hesab edən D.Baxçalı dedi ki, əsas məsələ müəyyən zaman çərçivəsində bu çətinlikləri aradan qaldırmaqdır. Azərbaycanda biz bunun da həll edildiyini görürük. Türkiyə ilə Azərbaycan arasındakı çoxtərəfli əlaqələr genişləndikcə, mövcud problemlər tədricən aradan qaldırılacaqdır. Türkiyə həmişə Azərbaycanın yanında olacaqdır.

Qonaq Dağlıq Qarabağ üstündə münaqişənin Azərbaycan üçün ən böyük problem olduğunu və bu münaqişənin Azərbaycan xalqının iradəsinə uyğun, ədalətli həllinə tərəfdar olduğunu vurğuladı. O dedi ki, bu münaqişə olmasaydı Azərbaycanın iqtisadi və sosial durumu daha yüksək olardı. Azərbaycan bu problemi həll etməlidir. Türkiyə həmin məsələdə həmişə Azərbaycanın yanında olacaqdır. Münaqişə həll edilməyincə, Türkiyənin Ermənistanla iqtisadi, sosial, siyasi sahələrdə heç bir əlaqəsi ola bilməz. İşğal olunmuş torpaqlar azad olunmalı, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin edilməlidir.

Cənab D.Baxçalı daha sonra bildirdi ki, Cənubi Qafqaz mühüm bölgədir. Azərbaycan digər türk cümhuriyyətləri ilə Türkiyə arasında körpüdür. Biz ölkənizin coğrafi-siyasi mövqeyinin əhəmiyətini yaxşı bilir və Azərbaycanın gələcəyinə böyük ümidlə baxırıq.

Görüşdə baş nazirin müavini Abid Şərifov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz iştirak edirdilər.

XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ

Mayin 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Azərbaycanda səfərdə olan Türkiyə Respublikası baş nazirinin müavini Dövlət Baxçalının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları səmimi salamlayan nazir Vilayət Quliyev Türkiyə baş nazirinin müavini Dövlət Baxçalının Bakıya səfərini yüksək qiymətləndirmiş, ölkələrimiz arasındakı dostluq münasibətlərinin və işgüzar əlaqələrin davamı kimi dəyərləndirmişdir.

Söhbət zamanı Vilayət Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyənin ikitərəfli münasibətlərdə, habelə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın mövqeyini dəstəklədiyini xüsusi vurğulamışdır.

Cənab Dövlət Baxçalı iki ölkə arasında münasibətlərin ənənəvi dostluq xarakteri daşıdığını və əlaqələrin daha da inkişafına tərəfdar olduğunu bildirmiş, qarşılıqlı surətdə səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə inamını ifadə etmişdir. Türkiyə baş nazirinin müavini Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, problemin tezliklə sülh yolu ilə həllinə ümid etdiyini bildirmişdir.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Türkiyə baş nazirinin müavini Dövlət Baxçalı və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri mayın 6-da Milli Məclisdə Azərbaycan parlamenti daimi komissiyalarının sədrləri ilə görüşmüşlər.

Mədəniyyət məsələləri daimi komissiyasının sədri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Anar Rzayev görüşü açaraq, rəhbərlik etdiyi komissiyanın fəaliyyəti barədə geniş məlumat verdi. O, İstanbulda və Bakıda mədəniyyət mərkəzlərinin açılmasını təklif etdi.

Ölkəmizə səfərindən və yüksək qonaqpərvərlikdən məmnun qaldığını bildirən Dövlət Baxçalı Milli Məclisin sədri Murtuz Ələsgərov ilə ötən il Türkiyədə keçirdiyi görüşündən ətraflı söhbət açdı, ölkələrimizin parlament komissiyaları rəhbərlərinin qanunvericilik sahəsində əməkdaşlığının vacibliyini vurğuladı.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, daimi komissiyaların sədrləri çıxış edərək, Türkiyə-Azərbaycan münasibətlərinin inkişafından danışdılar.

Görüşdə Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyası şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib

İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb

İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq

Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”

“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi işğaldan azad edilmiş ərazilərin inkişafına mühüm töhfə verəcək – RƏY

Böyük Britaniyanın müdafiə naziri istefa verib

Məqsəd 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır

BŞTİ məktəb direktorları və bağça müdirləri üçün təlim təşkil edib

Su infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir

Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir

Coğrafiyaşünas-alim: El Nino hava fenomeni Xəzər dənizinin səviyyəsinə təsirsiz ötüşməyəcək

Fridrix Merts: Almaniya Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində iştiraka hazırdır

AHİK: Yollayışların verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə

Haiti Futbol Federasiyası FIFA-nın tələbi ilə oyun formalarını dəyişdirməyə razı olub

Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib

Sadiq Qurbanov: Azərbaycan kənd təsərrüfatına yararlı torpaq fonduna görə bir çox Avropa ölkəsini üstələyir

Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub

Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Fermerlərə əlavə subsidiyaların verilməsi nəzərdə tutulur

Paytaxtda fəaliyyət göstərən təhsil mərkəzlərinin rəhbərləri AzTU-da olublar

Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər

Jerald Darmanənin təqdim etdiyi cinayət ədaləti islahatı ilə bağlı qanun layihəsi rədd edilib

İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir

Rəşad Hüseynov: Bitkiçilik sahəsində inkişaf heyvandarlığa nisbətən üstünlük təşkil edir

Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir

Rusiya Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub

Azərbaycanın xarici siyasəti balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan praqmatik yanaşma ilə xarakterizə olunur - ŞƏRH

Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib

Tarix Muzeyində mədəniyyətlərarası səyahət: uşaqlar Meksika və Azərbaycanı necə tanıdılar?

“Reuters”: ABŞ ilə İran arasında dondurulmuş vəsaitlər üstündə mübahisə gedir

Komitə sədri: 2026-2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahənin inkişafı üçün aydın yol xəritəsidir

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahdan

Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq

Azərbaycan və İran arasında yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb

Balıqçılıq və akvakultura sahəsində qüvvədə olan qanunvericiliyin yenilənməsi planlaşdırılır

Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?

Fransada magistral avtomobil yollarına nəzarət üçün dronlar sınaqdan keçirilir

“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur

Məcnun Məmmədov: Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahədir

Hamza Hamzaoğlu: Türkiyə millisinin yarımfinala yüksəlməsi çempionluq qədər dəyərli olar – EKSKLÜZİV

Xalq-Lider birliyinin təntənəsi: Heydər Əliyev irsi və müasir Azərbaycan

“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir

Çin sınaq peykini kosmosa göndərib

Nəsimi rayonunda ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb

Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir

Muxtar respublikada 226 milyon 57 min manatlıq sənaye məhsulu istehsal edilib

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı kimyəvi mübarizə tədbirləri aparılıb

Məhərrəm ayının başlanacağı tarix açıqlanıb

Böyük Britaniyada hər gün 3000-ə yaxın xəstənin xidmət üçün uyğun olmayan yerlərdə müalicə aldığı açıqlanıb

Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək

Azərbaycanda Amerika Ticarət Palatası “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib

Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib

Bu ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 3 min 766 fakt aşkar edilib

Kəşmirin Pakistanın nəzarətində olan hissəsində baş verən qəzada 22 pakistanlı hərbçi həlak olub

Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub

BDYPİ: Texniki cəhətdən köhnəlmiş nəqliyyat vasitələri yollarda ciddi risk yaradır

Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb

Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib

Yunanıstan səfiri “ASAN xidmət”də

Azərbaycanın beynəlxalq enerji bazarlarında strateji rolu daha da güclənib MÜSAHİBƏ

Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb

Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub

“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb

Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır

Azərbaycanla İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib

Volkan Yılmaz: Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün böyük əhəmiyyətə malikdir

Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib

“Bayer” heyətinə yeni futbolçu cəlb edib

Milli Xalça Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” sərgisi açılıb

Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub

Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm

Milli qurtuluşdan dövlətçilik zirvəsinə: BDU tələbələri Ulu Öndərin siyasi irsini öyrənirlər

Sabah bəzi yerlərdə yağış yağacaq