TURKİYƏLİ NAZİRLƏRİN AZƏRBAYCANA SƏFƏRLƏRİ GÖZLƏNİLİR
İyul ayının ilk ongünlüyündə Türkiyənin ədliyyə naziri Cəmil Çiçək və daxili işlər naziri Abdulqadir Aksunun Bakıya səfəri gözlənilir. Türkiyənin Bakıdakı səfirliyindən verilən məlumata görə, hər iki səfər Azərbaycan Respublikasının müvafiq nazirliklərinin başçiları Fikrət Məmmədov və Ramil Usubovun dəvəti ilə həyata keçiriləcəkdir. Hər iki nazirin Azərbaycanın bir sıra məsul şəxsləri ilə görüşləri nəzərdə tutulur. Səfər zamanı dost və qardaş ölkələrin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]