Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏNİN BAŞ NAZİRİNİN MÜAVİNİ DÖVLƏT BAXÇALININ AZƏRBAYCANA SƏFƏRİ ELMLƏR AKADEMİYASINDA GÖRÜŞ

Respublikamızda rəsmi səfərdə olan Türkiyə baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalı mayın 8-də Azərbaycan Milli Elmlər Akademiyası \AMEA\ Rəyasət heyətinin binasında Atatürk Mərkəzinin əməkdaşları və türkoloqlarla görüşmüşdür. 

AMEA-nın prezidenti, akademik Mahmud Kərimov görüşü açaraq, hörmətli qonağı və onu müşayiət edən nümayəndə heyətinin üzvlərini salamladı, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra qardaş Türkiyə ilə elm, mədəniyyət sahəsində də əlaqələrin günbəgün inkişaf etdiyini və genişləndiyini bildirdi.

Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, professor Nizami Cəfərov Türkiyənin tanınmış dövlət xadiminin ölkəmizə səfərinin böyük əhəmiyyəti olduğunu bildirdi. O, Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarının hazırlanmasında, milli, elmi və türkoloji düşüncənin inkişafında Prezident Heydər Əliyevin müstəsna xidmətlərini vurğuladı, Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Atatürk Mərkəzinin fəaliyyətindən danışaraq bildirdi ki, bir neçə ay ərzində Atatürk haqqında Azərbaycanda ilk monoqrafiya çap etdirilmiş, bülletenlər buraxılmış, konfranslar keçirilmişdir. İndi Atatürk haqqında ensiklopediya hazırlanır və o, bütün türkdilli ölkələrə göndəriləcəkdir.

Türkiyənin baş nazirinin müavini Dövlət Baxçalı görüşdə çıxış edərək, ona və nümayəndə heyətinin üzvlərinə göstərilən ehtirama görə dərin təşəkkürünü bildirdi, dost və qardaş Azərbaycanın minlərlə elm adamının çalışdığı, ölkənin inkişafına önəmli xidmətlər göstərən AMEA ilə tanışlıqdan məmnun qaldığını söylədi. Hörmətli qonaq dedi ki, ötən illər ərzində Azərbaycanda görülən əhəmiyyətli işlər bizi sevindirir. Mühüm coğrafi-strateji mövqeyə malik olan Azərbaycan Avrasiyada sülhün və sabitliyin təminatçılarından biridir və yeni yüz ildə hər zaman ulduz kimi parlayacaqdır.

Azərbaycan ilə Türkiyənin elm adamları arasındakı işbirliyinin xalqlarımızın mənafeyinə xidmət etdiyini vurğulayan cənab Dövlət Baxçalı Prezident Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda latın əlifbasının tətbiqini, Atatürk Mərkəzinin yaradılmasını və fəaliyyətini yüksək qiymətləndirdi və bütün türk dünyasının böyük öndəri Atatürkün ölkəmizdə sevgi ilə yad olunmasından qürur və sevinc duyduğunu bildirdi.

Sonra Türkiyə baş nazirinin müavini görüş iştirakçılarının çoxsaylı suallarına cavab verdi.

MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞ

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalı mayın 8-də Səttarxan adına maşınqayırma zavodunun tikintisi yarımçıq qalmış inzibati binasında müvəqqəti məskunlaşan məcburi köçkünlərlə - Cəbrayıl, Zəngilan, Ağdam və Qubadlı rayonlarının sakinləri ilə görüşmüşdür.

Hörmətli qonaq soydaşlarımızın yaşadıqları ağır şəraitlə tanış olaraq bildirdi ki, Türkiyə həmişə Azərbaycanla birlikdədir, işğal altındakı bütün torpaqlar azad edilməyincə, məcburi köçkünlər öz doğma ocaqlarına qayıtmayınca Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasından əsla söhbət gedə bilməz.

Görüşdə iştirak edən ölkəmizin baş nazirinin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal olunması nəticəsində vətəndaşlarımızın qarşılaşdıqları çətinliklərdən danışdı. O bildirdi ki, bir çox proqramların həyata keçirilməsi dayandırıldığına görə, donor təşkilatların göstərdikləri yardım azalıb 45 milyon dollara enmişdir. Əli Həsənov məcburi köçkünlərə göstərdiyi daimi yardıma görə Türkiyə Qızıl Aypara Cəmiyyətinə təşəkkür etdi, eyni zamanda təəssüflə dedi ki, o da Azərbaycanda fəaliyyətini dayandırır.

Görüşdə çıxış edən məcburi köçkünlər bildirdilər ki, bu səfərə böyük əhəmiyyət verirlər, çünki münaqişənin aradan qaldırılması naminə Türkiyənin qüvvəsini əsirgəməyəcəyinə böyük ümid bəsləyirlər.

TÜRKİYƏ SƏFİRLİYİNDƏ MƏTBUAT KONFRANSI

Mayın 8-də Türkiyə baş nazirinin müavini Dövlət Baxçalı ölkəsinin Bakıdakı səfirliyində Azərbaycana rəsmi səfərinin yekunlarına dair mətbuat konfransı keçirmişdir.

Cənab Dövlət Baxçalı səfərə dəvətə, ona və başçılıq etdiyi nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Prezident Heydər Əliyevə və Azərbaycan xalqına dərin minnətdarlığını bildirdi, Bakıda keçirdiyi görüşlərdən məmnun qaldığını və bu səfərin Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət etdiyini söylədi.

O, müstəqillik qazandıqdan sonra Azərbaycanda baş verən demokratik dəyişikliklərin, bütün sahələrdə aparılan islahatların sevindirici hal olduğunu vurğuladı. Hörmətli qonaq dedi ki, Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyə hər zaman dost və qardaş Azərbaycanla birlikdədir və üzərinə düşən hər bir vəzifəni bundan sonra da yerinə yetirəcəkdir. Türkiyə Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və sərhədlərinin pozulmasını heç vaxt qəbul etməyəcəkdir.

Cənab Dövlət Baxçalı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri layihələrinin gerçəkləşməsi sahəsində görülən işlər, öz ölkəsinin daxilində gedən siyasi proseslər barədə də məlumat verdi.

Sonra Türkiyənin baş nazirinin müavini jurnalistləri maraqlandıran sualları cavablandırdı.

TÜRKİYƏLİ İŞ ADAMLARI İLƏ GÖRÜŞ

Həmin gün Türkiyənin baş nazirinin müavini Dövlət Baxçalı “Həyat-park” mehmanxanasında öz ölkəsinin Azərbaycanda çalışan iş adamları ilə görüşmüşdür.

Cənab Dövlət Baxçalı görüşdə çıxış edərək, Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunu söylədi, eyni zamanda vurğuladı ki, indi əsas məqsəd bu əlaqələri daha da genişləndirməkdən ibarətdir. O, Türkiyənin iş adamlarının respublikamızdakı fəaliyyəti, problemləri ilə maraqlandı, məsləhət və tövsiyələrini bildirdi.

Qardaş ölkənin iş adamları belə görüşlərin əhəmiyyətini vurğulayaraq, çalışdıqları sahələr üzrə məlumatlar verdilər, Türkiyə-Azərbaycan iqtisadi işbirliyinin daha da dərinləşməsi ilə bağlı təkliflərini söylədilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir