DÜNYA
Türkiyənin təhlükəsizlik qüvvələri daha bir təhlükəli terrorçunu zərərsizləşdirib
Ankara, 9 oktyabr, AZƏRTAC
Türkiyə Milli Təhlükəsizlik Təşkilatı (MİT) İraqın şimalındakı Gara bölgəsində PKK/KCK terror təşkilatlarına qarşı daha bir xüsusi antiterror əməliyyatı keçirib.
AZƏRTAC xəbər verir ki, dəqiq zərbə nəticəsində “Kendal Pirsus” ləqəbli Ökkeş Devəri və onun mühafizəçisi “Kemal Pir” ləqəbli təhlükəli terrorçu Kayhan Kartal məhv ediliblər. Bildirilir ki, MİT əməkdaşları təhlükəli terrorçuların izinə düşərək onlara qarşı dəqiq atəş həyata keçirib.
Məlumat verilir ki, tibb təhsili alan Ökkeş Devəri universiteti yarıda buraxaraq 2010-cu ildə PKK sıralarına daxil olub və Qəndil bölgəsinə keçib. Sonrakı illərdə o, Zap, Metina və Hakurk bölgələrində terrorçuluq fəaliyyəti göstərib. Terror sahəsində ən son fəaliyyəti kimi Gara bölgəsində tibb işlərinə baxıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [18:01]
Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib
- 28.06.2024 [17:10]
BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək
- 28.06.2024 [16:45]
Çexiyada 6 ay əvvəl törədilmiş qətliamın daha dəqiq təhqiqatı aparılacaq
- 28.06.2024 [16:32]
Qazaxıstanda ən böyük İES-də qəza baş verib
- 28.06.2024 [15:35]
Şahzadə Anna xəstəxanadan evə buraxılıb
- 28.06.2024 [15:03]
Çin elektriklə uçan təyyarəni sınaqdan keçirib
- 28.06.2024 [14:53]
Sudanın 14 bölgəsi aclıq təhlükəsi ilə üzləşib
- 28.06.2024 [14:52]