Üç rübdə hər bir ölkə sakini 560,9 manatlıq ödənişli xidmətlərdən yararlanıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8 faiz artaraq 6 milyard 416,3 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 894,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,3 faizini təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında hər bir ölkə sakini orta hesabla 560,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 89,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.