Azərbaycan Dövlət İnformasiya Agentliyi

UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN AZƏRBAYCAN TELEVİZİYASINA MÜSAHİBƏSİ

Xəbər verdiyimiz kimi, ölkəmizdə rəsmi səfərdə olmuş Ukrayna Prezidenti Viktor Yuşşenko “Ulduz” dövlət iqamətgahında Azərbaycan Dövlət Televiziyasına müsahibə vermişdir. AZƏRTAC müsahibənin mətnini oxuculara təqdim edir.

- Cənab Prezident, Siz keçirilmiş görüşləri və aparılan danışıqları necə qiymətləndirirsiniz?

- Yəqin ki, münasibətlərimizin, Azərbaycan Prezidenti ilə danışıqlarımızın səviyyəsinə qiymət ola biləcək bir neçə xarakteristika verərdim. İlk növbədə, mən həm prezidentlər səviyyəsində, həm də hökumət nümayəndə heyətləri səviyyəsində aparılmış danışıqlar çərçivəsində özünü göstərən yüksək etimadı qeyd edərdim. Bir səfər çərçivəsində yeddi sənəd imzalanmasına bəlkə də elə bu imkan vermişdir. Həmin sənədlər, əslində, altı sahədə işi müəyyən edir.

İkincisi, zənnimcə biz, ikitərəfli münasibətlərimizin eyni prioritetlərini, eyni perspektivlərini eyni cür görürük. Ona görə də əsas diqqət aviasiya, energetika, kənd təsərrüfatı, kimya məhsulları, kimya avadanlığı, neft kimyası avadanlığı göndərilməsi sahəsində əməkdaşlıq kimi bir sıra sahə məsələləri üzərində cəmləşdirildi. O da vacibdir ki, humanitar sahəyə böyük diqqət yetirildi. Zənnimcə, qeyd etmək xoşdur ki, səfər çərçivəsində münasibətlərimiz üçün, başlıca olmasa da, çox mühüm məsələlər barədə razılaşma əldə edildi.

Ukrayna tərəfi, Ukrayna dövləti Taras Qriqoryeviç Şevçenkonun abidəsini yaradıb, onu Bakı şəhərinə hədiyyə etmək niyyətindədir. Azərbaycan tərəfi bu abidə üçün müvafiq meydan ayırmışdır.

Biz təhsil sahəsində əməkdaşlıq haqqında danışdıq. Bir neçə dəqiqə əvvəl mən Bakı Slavyan Universitetindən qayıtmışam. Orada biz tələbələr hazırlanması üçün müəyyən edilən kvotaların Azərbaycan və Ukrayna tərəflərinin sinxron və qarşılıqlı surətdə maliyyələşdirməsi modelinə nail olmaq barədə söhbət apardıq. Yəni bu tələbələr, həm hazırlıq, həm təlim, həm də staj keçərək, öz ölkəsinə, öz diasporuna mütəxəssis kimi qayıtsınlar, Azərbaycandakı ukraynalıların və Ukraynadakı azərbaycanlıların ehtiyaclarına ən yaxşı şəkildə cavab versinlər.

Biz Ukraynanın Azərbaycandakı səfirliyi ilə əlaqədar məsələdən danışdıq. Ümidvarıq ki, məsələ yaxın vaxtlarda həll olunacaqdır. Necə ki, Ukrayna Azərbaycan Respublikasının Kiyevdəki səfirliyi üçün torpaq sahəsi ayrılması məsələsini həll etmişdir.

Biz gələn il Azərbaycanda Ukrayna və Ukraynada Azərbaycan mədəniyyəti günləri keçirilməsi haqqında danışdıq. Bütün bunlar sübut edir ki, biz bütün sahələrdə potensial əməkdaşlığımızla bağlı məsələləri, əslində, razılaşdırdıq və çox müsbət qərarlar əldə olundu. Bu isə ikitərəfli danışıqlarımızın səciyyəvi xüsusiyyətidir.

-Siz səfərinizin nəticəsindən razısınızmı?

- Çox razıyam, çox. Ukraynaya necə hörmət bəsləndiyini, Ukraynanın siyasətinə necə hörmət edildiyini və onun başa düşüldüyünü, təkcə ən yüksək hakimiyyət səviyyəsində deyil, ümumiyyətlə, etimadın necə yüksək olduğunu görmək mənə xoş idi. Tələbələrin, gənclərin, Ukrayna diasporunun göstərdiyi münasibət mənə xoş idi. Bu onu göstərir ki, biz həm ictimai, həm siyasi, həm də işgüzar sahədə qarşılıqlı münasibətlərin yaxşı mərhələsindəyik.

-Siz Ukrayna-Azərbaycan münasibətlərinin bugünkü vəziyyətini necə səciyyələndirirsiniz? Neft-qaz sahəsində əməkdaşlıqdan başqa, ikitərəfli münasibətlərin daha hansı sahələrini öncül hesab edirsiniz?

- Bizim münasibətlərimiz dinamikdir. Onların necə inkişaf etdiyinə nəzər salsaq, keçən ilə, bu ilə qiymət versək, bunu görmək olar. Məsələn, ticarəti götürsək, əmtəə dövriyyəsinin ötən il 37 faiz, cari il 29 faiz artdığını deyirik.

May sammitində biz ölkələr arasında azad ticarət haqqında saziş imzalanmasına dair qərar qəbul etdik, hər ölkəyə normativlər hazırlamaq, bu rejimə aid bütün prosedurları milli parlamentdən keçirmək imkanı verdik. İndi hiss edirik ki, azad ticarət zonasının formalaşdırılması kimi, prinsipial əhəmiyyətli məsələnin həlli fundamental qərardır və münasibətlərimizdə artıq öz əksini tapmışdır.

Bundan əlavə, əlbəttə, bildirdik ki, bizim bir sıra sahələrdə nadir perspektivlərimiz var. Ukraynaya gəldikdə, əlbəttə, ilk növbədə, Azərbaycanda fəaliyyətə marağımızın olduğunu, eyni zamanda, Azərbaycanın işgüzar dairələrinin Ukraynanın energetika bazarının təşkili ilə bağlı layihələrində iştirakına marağını vurğulamaq istərdim.

Mən Odessa-Brodı-Avropa İttifaqı neft kəmərini nəzərdə tuturam. Biz danışdıq ki, işçi qrup yaradırıq, Azərbaycanın həmin layihəni təmin edəcək müştərək müəssisə yaradılması məsələlərinə qoşulması üçün ona rəsmən təkliflər göndərmişik. İkincisi, bizdə həmin layihə üzrə olan hökumətlərarası saziş barədə söhbət getdi. Azərbaycan bu sazişə qoşulsa, çox yaxşı olardı.

Biz Odessa-Brodı-Avropa İttifaqı layihəsinin həyata keçirilməsinin təmin edilməsi üzrə Avropa İttifaqı-Ukrayna-Polşa işçi qrupuna daxil olmaq üçün Azərbaycana edilən rəsmi təklif haqqında danışdıq. Zənnimizcə, bu, münasibətlərimizin ciddi bir hissəsidir. Odur ki, deyilənləri nəzərə alaraq, məsləhətləşmələri ən yüksək səviyyədə təmin edən mexanizm – Prezidentlər Şurasının yaradılmasını mümkün və zəruri bildik. Onun vəzifəsi üç layihənin, o cümlədən neft kəşfiyyatı, hasilatı, neft məhsullarının emalı və satışı üzrə Azərbaycan və Ukraynanın birgə bazarında işləyə biləcək müştərək müəssisə yaradılması layihəsinin daxil olduğu əməkdaşlığın ən mühüm məsələlərinə dair “yol xəritəsi”ni formalaşdırmaqdan ibarətdir. Əlbəttə, biz Qara dəniz şelfində axtarışlarda və dənizdə neft çıxarılması sahəsində Azərbaycan tərəfinin təcrübəsindən istifadə olunmasında xüsusilə maraqlıyıq.

İkinci mövqe Odessa-Brodı, üçüncü mövqe Xəzər qazının Ukraynaya və Ukrayna vasitəsilə Avropa İttifaqı ölkələrinə nəql edilməsinə dair siyasi və işgüzar təklifləri formalaşdırmaqdır.

Növbəti blok, – o, bizim üçün çox perspektivli görünür, – hərbi-texniki sahədə əməkdaşlıqdan ibarətdir. Razılaşdıq ki, yaxın vaxtlarda səlahiyyətli nümayəndə heyəti gələcək və biz dünən və bu gün Prezidentlə, müdafiə sənayesi və müdafiə nazirlikləri ilə müzakirə etdiyimiz təklifləri onunla işləyib təkmilləşdirəcəyik. Maraqlı təkliflərdir və düşünürəm ki, bu sahədə əməkdaşlıq üçün böyük perspektivimiz var.

Təyyarəqayırma və aviasiya sahəsində əməkdaşlığa yenidən başlamaq məsələsi bizim üçün vacibdir. Biz təşəbbüs irəli sürmüşük ki, hər iki tərəf Azərbaycanda təyyarənin qəzaya uğramasının təhqiqini mümkün qədər tez başa çatdırmalıdır və əlbəttə, hər iki tərəf üçün müəyyən nəticələr çıxarılmalıdır. Biz bu barədə açıq danışmalı, məsələni mümkün qədər tez nizamlamalıyıq.

Biz əminik ki, bu gün Ukraynanın istehsal etdiyi maşınlar təklükəsizliyin ən yüksək beynəlxalq standartlarına cavab verir. Onların nadir iqtisadi, texniki xarakteristikaları var. Lakin bununla belə, biz bu məsələyə baxmağa hazırıq və ona nöqtə qoyulması üçün Azərbaycan tərəfinə bu məsələdə ardıcıl olmağı təklif edirik.

Yəni, əgər bu, insan amilidirsə, onda gəlin, bunu etiraf edək, nəticələr çıxaraq, bu istiqamətdə işi gücləndirməyə dair müəyyən təkliflər irəli sürək. Əgər bu, hansısa texniki həllərlə bağlı incə məqamlardısa, gəlin, onları düzəldək. Bizə, sadəcə olaraq, irəliləmək lazımdır. Başqa sahələrə dair misallar çəkmək olar, əgər hiss etsək ki, həmin layihələr aktualdır, əlaqələrimiz indikindən daha səmərəli ola bilər. Baxmayaraq ki, bu gün həm siyasi səviyyədə, həm də ticarət-iqtisadi sahədə münasibətlərimizdə müşahidə olunan dinamikaya, şübhəsiz, sevinirik.

-Cənab Prezident, Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Ukraynanın mövqeyi necədir? Ukrayna bu məsələdə Azərbaycanın mövqeyini beynəlxalq qurumlarda gələcəkdə də dəstəkləyəcəkmi?

-Ukrayna bu mövqeyi dəstəkləyəcək, çünki o, beynəlxalq qaydalardan, norma və ənənələrdən irəli gəlir. Bax, buna görə də fundamentaldır. Biz bu münaqişənin həlli mexanizmindən danışdıqda, əminik ki, bu mexanizm ərazi bütövlüyü də daxil olmaqla, həmin məsələni tənzimləyən beynəlxalq qaydaların dəqiq tətbiqinə, onlara dəqiq riayət edilməsinə, qoşunların çıxarılmasından, eləcə də sülhyaratma qüvvələri – burada Ukrayna çox fəal iştirak edə bilər, – hesabına təhlükəsizlik zonası formalaşdırılmasından tutmuş qaçqınların qayıtmasınadək bu mövqeyi təsbit edən BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanır.

Əlbəttə, biz muxtariyyətin səviyyəsindən danışdıqda, məsələnin həllinin ən yaxşı üsulu ictimaiyyətə, əhaliyə, qromadaya (ukraynca – vətəndaşlara) müraciət olmalıdır, ola bilsin, həm də milli referendum mexanizmi vasitəsilə belə bir suala cavab almaqdır ki, onlar vahid Azərbaycan çərçivəsində muxtariyyətin səviyyəsini necə görürlər? Burada başqa nüanslar da ola bilər, lakin hesab edirəm ki, biz, məsələn, Dnestryanı bölgədəki münaqişənin həlli modeli kimi bir modelə yaxınıq. Düşünürəm ki, onlar vasitələr və yanaşmalar baxımından çox yaxındır.

- Cənab Prezident, necə bilirsiniz, “Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat – GUAM” çərçivəsində kiçik Dünya Ticarət Təşkilatı yaradılması məqsədəuyğundurmu?

- Düşünürəm ki, əgər biz eyni bir şeyi nəzərdə tuturuqsa, onda bəli, məqsədəuyğundur. Söhbət ondan gedir ki, əgər biz təkcə ticarət sahəsində deyil, həm də sərmayə qoyuluşu və maliyyə axınları və s. sahəsində dövriyyənin müvafiq artımı ilə müşayiət olunan yaxşı dinamikalı fəal iqtisadi münasibətlərdən danışırıqsa, onda növbəti addım qarşılıqlı münasibətlərimizin eyniləşdirilməsi olmalıdır. Elə addım ki, o, əmtəənin, kapitalın, işçi qüvvəsinin və xidmətlərin hərəkətini opitimallaşdırardı. Yəni, bu, dövlətin vəzifəsidir. Əgər biz kiçik miqyasda iş aparırıqsa, onda bu normaların eyniləşdirilməsinə diqqət yetirmək lazım deyildir. Yox, əgər biz artım dinamikası üçdəbirə çatan yüz milyonlarla dollardan danışırıqsa, onda tərəflər, ilk növbədə, azad ticarət zonasına malik olmağın zəruriliyindən danışmalıdırlar. Bu zona, bir növ, ümumi meydandır.Bilirsiniz ki, Avropa İttifaqı bir neçə on il əvvəl məhz bundan başlamışdır. Kömür və Polad İttifaqından, iki dövlət azad ticarət rejimi barədə təklif irəli sürəndə başlamışdır. Təklif də belə idi ki, həmin sahələrdə biznes qarşısında məhdudiyyətlər olmasın, qoy, ticarət etsinlər. Azad əmtəə mübadiləsi problemi yenicə həll olunmuşdu ki, qarşıya başqa bir məsələ çıxdı: bəs sərhədlər, gömrük məntəqələri necə işləyir? Onlar bəzən əngələ çevrilir, əmtəənin sərbəst hərəkətinə mane olurlar. Odur ki, gömrük nəzarəti metodları və normalarının eyniləşdirilməsi, ümumi məlumat bazasının yaradılması və s. ilə məşğul olmağa başladılar. Bunu da etdilər, lakin yenidən qarşıya məsələ çıxdı. Belə ki, tariflər də, tarif siyasəti də müxtəlif idi. Dedilər ki, bəlkə, bu tarif siyasətini optimallaşdırmaqdan, onu eyniləşdirməkdən danışaq. Əslinə qalsa, DTT də xeyli dərəcədə məhz bu funksiyaları, bu işləri yerinə yetirir.

Biz GUAM beynəlxalq təşkilatından danışdıqda, çox şadam ki, bu ilin mayında biz münasibətlərimizin iqtisadi cəhəti – azad ticarət zonası haqqında dialoqa başladıq. Biz protokol imzalamaqla təsdiqlədik ki, münasibətlərimizin bazisinə üstünlük veririk, iqtisadiyyatlarımız öz üzərində müəyyən istisna və məhdudiyyətlər hiss etməməlidir. Dövlət başçıları həmin protokolu məhz buna görə imzaladılar. Əlbəttə, bundan sonra gündəlikdə tarif məsələsi, kapitalın, işçi qüvvəsinin hərəkətini eyniləşdirmək və s. məsələlər duracaqdır.

- Azərbaycan Ukrayna üçün nədir – iqtisadi tərəfdaş, siyasi müttəfiq, yaxud strateji tərəfdaş? Bu məsələdə hansı sahə üstünlük təşkil edir?

- Mən Prezident sarayında çıxışıma ondan başladım ki, Azərbaycan bizim üçün strateji tərəfdaşdır və dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında 2006-cı ildə imzalanmış saziş qarşılıqlı münasibətlərdə əsas məqsəd və istəklərimizə uyğundur.

Əlbəttə, biz strateji tərəfdaşlıqdan danışdıqda, ilk növbədə, siyasi sahəni nəzərdə tuturuq və bu baxımdan bir sıra beynəlxalq məsələlərdə ümumi mövqelərimiz çoxdur. Bu və ya digər məsələnin beynəlxalq səviyyədə dəstəklənməsində nə vaxtsa ümumi mövqe tutmadığımız hətta yadıma da gəlmir. Bu da çox düzgündür. Ukrayna milləti, dövləti və mən Azərbaycana çox minnətdarıq ki, o, Ukraynada 1932-1933-cü illərin Qolodomorunun (dəhşətli aclığın – AZƏRTAC) soyqırım aktı kimi tanınması məsələsində bizi dəstəkləyir. Bu, çox vacibdir, çünki o illərdə Ukraynada Qolodomorun milyonlarla qurbanı bizdən bu hadisəyə düzgün, insanlığa layiq qiymət verilməsini gözləyir.

Söhbət bu müsibətin Azərbaycana toxunmamasından getmir. Söhbət ondan gedir ki, biz Ukrayna üçün olduğu kimi, Azərbaycan üçün də eynilə mənəvi xarakter daşıyan problem barədə danışırıq. Axı, onlar insan idi, onlar səfeh siyasət nəticəsindən məhv olmuşlar. Bunun 75 il əvvəl baş verməsinə baxmayaraq, o, indi də aktualdır, o mənada ki, bəşəriyyət bu səhvdən nəticə çıxarmalıdır, hansı ölkədən, hansı regiondan danışmağımızdan asılı olmayaraq, bu faciə bir daha təkrar edilməməlidir.

Şübhəsiz ki, biz strateji tərəfdaşlıqdan danışdıqda, iqtisadi əməkdaşlıq bloku bizim üçün çox önəmlidir. Odur ki, biz müxtəlif iqtisadi sahələrdə layihələrdən – BTC-dən də, energetika, aviasiya və sairdən də danışdıq.

Şübhəsiz, bizi humanitar əməkdaşlıq da maraqlandırır, çünki Ukraynada iki yüz mindən çox azərbaycanlı yaşayır. Onlar Ukraynanın qanuna riayət edən, Ukrayna Konstitusiyasına uyğun yaşayan vətəndaşlarıdır, Ukraynanı sevirlər, onlar Ukrayna vətəndaşlarıdır. Bir Prezident kimi mən unutmuram və xalqım da unutmur ki, onların tarixi vətəni var, onların ana dili var, doğma tarixi, yaddaşı var. Əminəm ki, onların əksəriyyəti yuxularında Azərbaycanın dağlarını, özlərinin və ulu babalarının doğulduğu kənd və şəhərləri görürlər. Bu hisslərə necə hörmət etməmək olar! Biz onlara hörmətlə yanaşmağa borcluyuq.

Bu hörməti necə nümayiş etdirmək olar? Bu gün ikidilli məktəblərdən danışmaq lazımdır ki, balaca azərbaycanlı Ukraynada ana dilində təhsil ala bilsin, Azərbaycan tarixini, mədəniyyətini öyrənmək imkanı əldə etsin, milli ənənələr çərçivəsində bayramlar keçirə bilsin və sair.

Biz kütləvi informasiya vasitələrindən danışırıq, Mədəniyyət illərindən danışırıq, biz abidələrdən danışırıq, hər bir əlamətdən danışırıq ki, insana deyə bilək - biz sənə hörmət edirik. Biz sənin tarixi vətəninə hörmət edirik. Biz mühitin bir hissəsini elə etməyə hazırıq ki, sənə xoş, rahat olsun və həmişə sənə vətənini xatırlatsın.

Azərbaycanda 30 min ukraynalı yaşayır. Biz istərdik ki, onlara da eynilə bu cür yanaşılsın. Bu insanlar Taras Şevçenkonu xatırlamaq, Ukrayna mahnıları oxumaq istəyirlər. Onlar öz dilini, mədəniyyətini, ənənələrini itirməmək, Ukrayna dilində təhsil almaq istəyirlər. Bunu necə etmək olar? Yəqin ki, bir-birinə hörmət bəsləməklə. Heç kim bunu birtərəfli qaydada etməz. Birtərəfli qaydada hər şeyi yalnız bağlamaq olar, təəssüf ki, bəzi ölkələrdə bu, baş verir. Ancaq bu, düzgün siyasət deyildir. Bir halda ki, biz strateji tərəfdarlarıq, humanitar sahədə yeni imkanların qapılarını qarşılıqlı surətdə açmalıyıq.

Buna görə də biz yeni proqramlardan, tələbələrin hazırlanması üçün dövlət səviyyəsində qarşılıqlı güzəştlərdən danışırıq. O güzəştlərdən ki, Ukraynadakı Azərbaycan diasporuna lazımdır. Biz bu insanlara həmin güzəştləri verməyə hazırıq və eyni zamanda, qarşılıqlı surətdə Ukrayna diasporu üçün də belə güzəştlər olmasını xahiş edirik. Biz bu və ya digər sahədə mütəxəssislərin hazırlanması üçün kvotalar ayırmağa hazırıq ki, diasporun həyatını yaxşılaşdıraq, onun fəaliyyətini dəstəkləyək.

Əlbəttə, biz münasibətlərimizdə yaranan digər məsələlərdən də danışırıq. Bu, həqiqətən, çoxtərəfli münasibətlərdir. Bu istiqamətdə bir tərəfdən, çox iş görülmüşdür, digər tərəfdən isə, başa düşürük ki, bu, hələ heç başlanğıc da deyildir.

- Cənab Prezident, çox sağ olun, müsahibəyə görə təşəkkür edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH