DÜNYA
Ukraynanın Zaporojye şəhərinə raket hücumu nəticəsində azı 17 nəfər həlak olub
Kiyev, 9 oktyabr, AZƏRTAC
Ukraynanın Zaporojye şəhərinə raket hücumu nəticəsində azı 17 nəfər həlak olub, 40 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Zaporojye şəhər şurasının katibi Anatoli Kurtev məlumat verib.
Raketlərin zərbələri nəticəsində şəhərin özəl sektorunun yaşayış binalarına və küçələrinə ziyan dəyib.
"İlkin məlumatlara görə, 5 fərdi ev uçub, 40-a yaxın evə ziyan dəyib. Hazırda 17 nəfərin öldüyü məlumdur", - A.Kurtev yazıb.
O, yerli sakinləri dağıntıları təmizləməyə kömək etməyə çağırıb.
Xatırladaq ki, gecə ərzində Zaporojye iki dəfə raket atəşinə tutulub. İkinci dəfə isə 10-a yaxın raketin atıldığı qeydə alınıb.
Qeyd edək ki, oktyabrın 6-da Zaporojyenin atəşə tutulması nəticəsində həlak olanların sayı isə 18 nəfərə çatıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [18:01]
Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib
- 28.06.2024 [17:10]
BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək
- 28.06.2024 [16:45]
Çexiyada 6 ay əvvəl törədilmiş qətliamın daha dəqiq təhqiqatı aparılacaq
- 28.06.2024 [16:32]
Qazaxıstanda ən böyük İES-də qəza baş verib
- 28.06.2024 [15:35]
Şahzadə Anna xəstəxanadan evə buraxılıb
- 28.06.2024 [15:03]
Çin elektriklə uçan təyyarəni sınaqdan keçirib
- 28.06.2024 [14:53]
Sudanın 14 bölgəsi aclıq təhlükəsi ilə üzləşib
- 28.06.2024 [14:52]