Ulu öndər Heydər Əliyev gördüyü böyük işlərlə adını tarixə yazdıran dahi liderdir
Bakı, 10 may, AZƏRTAC
Dünyada böyük şəxsiyyətlər olsa da, bəzən adları dəyişən tarixlərin arxivlərində qalır. Lakin elə şəxsiyyətlər də var ki, zaman keçsə də, tarix dəyişsə də, unudulmurlar... Xalqımızın böyük oğlu Heydər Əliyev kimi...
Xalq Ümummilli Liderinə olan ehtiramını və sevgisini nümayiş etdirmək üçün Fəxri xiyabana axın edir.
Bu sözləri AZƏRTAC-a mayın 10-da ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev söyləyib.
Ə.Quliyev deyib: “Dahi liderimizin qüdrətli dövlət yaratmaq məqsədilə atdığı addımlar hamımız üçün istiqamətdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan dövlətimizin dünyada tanınması, nüfuza sahib olması və qabaqcıl ölkələrdən biri olması müdrik siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. Güclü dövlətin təməl daşlarından birinin elm olduğunu yaxşı bilən Ulu Öndər bu istiqamətdə mühüm addımlar atıb. Vaxtilə AMEA-nın bağlanma təhlükəsinin qarşısını alan Heydər Əliyev hakimiyyətə gəldikdən sonra akademiyanın daha da formalaşmasına, alimlərimizin elmi işlərinin dünyada tanınmasına və tətbiq edilməsinə dəstək göstərib. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev də elmə və elm adamlarına böyük önəm verir, inkişafa dəstək olur, bu sahədə məqsədyönlü tədbirlər görür”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:28]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [19:29]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [18:53]