ULU ÖNDƏRİN ƏZİZ XATİRƏSİ DAİM ƏZİZ TUTULUR
AZƏRTAC xəbər verir ki, aprelin 14-də Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı rayon səhiyyə idarəsi ilə birgə ümummilli lider Heydər Əliyevin 85 illik yubleyi ilə əlaqədar yığıncaq keçirmişdir.
Təşkilatının sədri Təhmiraz Tağıyev ulu öndər Heydər Əliyevin Azərbaycanda müstəqilliyin qorunması və dövlətçiliyin möhkəmləndirilməsində müstəsna xidmətlərindən danışmışdır.
Vurğulanmışdır, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, müdrik siyasətçi Heydər Əliyev bütün mənalı ömrünü doğma Vətənin, xalqının xoşbəxtliyinə həsr etmişdir. Ulu öndər respublikamıza rəhbərlik etdiyi otuz ildən artıq müddətdə ölkə həyatının bütün sahələri kimi səhiyyənin də inkişafı, xalqın sağlamlığının qorunması sahəsində mühüm işlər görmüşdür. Ümummilli liderimizin ideyaları hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirililr.
Yığıncaq iştirakçıları bu il keçiriləcək prezident seçkilərində yekdilliklə dövlətin siyasi kursunu dəstəkləyəcəklərini bildirmişlər.
Sonda partiya sıralarına yeni daxil olanlara üzvülük vəsiqələri təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]