Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ülviyyə Ağayeva: Prezident İlham Əliyevin siyasi fəaliyyətinin təsir dairəsi yalnız Azərbaycanı deyil, bütün regionu əhatə edir

Ülviyyə Ağayeva: Prezident İlham Əliyevin siyasi fəaliyyətinin təsir dairəsi yalnız Azərbaycanı deyil, bütün regionu əhatə edir

Bakı, 20 dekabr, AZƏRTAC

Hər hansı ölkənin beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi, malik olduğu nüfuz və statusu bilavasitə həmin ölkənin liderindən, onun apardığı siyasətdən asılıdır. Çünki dövlət başçısı ölkənin beynəlxalq aləmdəki təmsilçisidir. Bu baxımdan, hazırda Azərbaycanın dünya dövlətləri arasında tutduğu layiqli mövqe, malik olduğu yüksək status Prezident İlham Əliyevin apardığı xarici siyasətin nəticəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva bildirib.

Deputat deyib: “Ulu Öndər tərəfindən əsası qoyulmuş, ölkəmizin maraqlarına cavab verən və tam müstəqil siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində söz sahibi olmasına, mövqeyinin möhkəmlənməsinə, nüfuzunun davamlı şəkildə artmasına səbəb olub.

Dövlətimizin başçısının apardığı xarici siyasət həm regional, həm də qlobal əhəmiyyət daşıması ilə seçilir. Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, Avropa ilə Asiyanı siyasi, iqtisadi və mədəni cəhətdən birləşdirən regional güc mərkəzinə çevrilib. Təsadüfi deyil ki, bu gün Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət dünya miqyaslı siyasi-iqtisadi proseslərin gedişatına həlledici təsir göstərə bilir.

Prezident İlham Əliyev ölkəmizin xarici siyasət xəttini belə dəyərləndirir: “Bu siyasət Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. Azərbaycan heç bir xarici qüvvənin diktəsi ilə oturub-durmur, müstəqil siyasət aparır və sürətlə inkişaf edir, eyni zamanda, sübut edir ki, bu gün müsəlman aləmində dinamik, müasir, öz milli-mənəvi dəyərlərinə sadiq, güclü bir dövlət vardır”.

Heç kəsə sirr deyil ki, apardığı müdrik siyasətlə Azərbaycanı qüdrətli bir dövlətə çevirmiş Prezident İlham Əliyevin bu illər ərzində əsas hədəfi erməni işğalına son qoymaq idi. Böyük siyasi lider buna çox uğurla nail oldu. Ölkəmizin Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə şübhəsiz ki, bu düşünülmüş siyasətin layiqli nəticəsidir”.

Deputat qeyd edib ki, Vətən müharibəsi ərzində Prezident İlham Əliyev təkcə səngərdə deyil, eyni zamanda, informasiya cəbhəsində aparılan müharibənin Ali Baş Komandanı idi. Dövlətimizin başçısı verdiyi bəyanatlarla Azərbaycanın haqq səsini dünya mediasına və dünya birliyinə çatdırdı və bununla siyasi müstəvidə aparılan müharibənin də qalibi oldu.

Ülviyyə Ağayeva bildirib ki, bütün dünyada olduqca gərgin və ziddiyyətli proseslərin getdiyi, ciddi geosiyasi savaşların baş verdiyi bir dövrdə beynəlxalq aləmdə söz sahibi olmaq, ölkəni dinamik şəkildə inkişaf etdirmək, dünya dövlətlərinin Azərbaycanla hesablaşmasına nail olmaq və bütün bunların nəticəsi olaraq, otuz ilə yaxın müddətdə düşmən işğalı altında qalmış torpaqları azad etmək, əlbəttə ki, misilsiz tarixi nailiyyətdir.

“Görkəmli siyasi xadim olan Prezident İlham Əliyev irəli sürdüyü qlobal təşəbbüsləri ilə də daim seçilir. Bu, onu göstərir ki, dövlətimizin başçısının siyasi fəaliyyətinin təsir dairəsi yalnız Azərbaycanı deyil, bütün regionu əhatə edir.

2019-cu ildə Azərbaycanın Qoşulmama Hərəkatının sədri seçilməsi nəticəsində Prezident İlham Əliyevin təşəbbüskarlığı daha qlobal xarakter aldı. Böyük siyasi lider olan dövlətimizin başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslər, qarşıya qoyduğu məqsədlər və atdığı mühüm praktik addımlar sayəsində bu təsisat son illərlə müqayisədə ən qüdrətli dövrünü yaşayır.

Prezident İlham Əliyevin qlobal təşəbbüskarlığı dünyanın ciddi bir böhranla - pandemiya ilə üz-üzə qaldığı bir zamanda özünü daha qabarıq büruzə verdi. Koronavirus pandemiyasının müşahidə edildiyi ilk zamanlardan etibarən Azərbaycan Prezidenti tərəfindən dünya əhəmiyyətli təşəbbüslər irəli sürülüb, beynəlxalq səviyyədə bütün resursların səfərbər olunması zərurəti dünya ictimaiyyətinə bəyan edilib. Dövlətimizin başçısı COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin təcəssümü kimi Ümumdünya Səhiyyə Təşkilatına ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım göstərib.

2020-ci ilin aprel ayında Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə Görüşü keçirilib. Qeyd etmək lazımdır ki, Türk Şurası COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş Zirvə Görüşü keçirən ilk beynəlxalq təşkilat olub. Eyni zamanda, İlham Əliyev “peyvənd millətçiliyi”nə qarşı qlobal mübarizə aparıb, Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında qətnamə irəli sürüb, 170-dən çox ölkə bu qətnamənin lehinə səs verib.

Beləliklə, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu strateji hədəflərə çatmaq üçün istər beynəlxalq səviyyədə, istər regional səviyyədə, istərsə də ölkə daxilində məqsədyönlü və düşünülmüş siyasət həyata keçirərək Azərbaycanın dünya miqyasında aparıcı ölkə kimi qəbul edilməsinə nail oldu”, - deyə deputat vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər

Qarabağdan süzülən “yaşıl işıq”

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinə rəsmən start verir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Xalq yaziçisi Elçinin Türkiyədə yeni kitabi çap olunub

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Türkiyəli nazir: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

® “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb VİDEO

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Cavid Hüseynov tanınmış mütəxəssisin köməkçisi təyin olunub

Qubada qanunsuz tikintinin qarşısı alınıb VİDEO

“Bağçada rahat yer” musiqili tamaşası III Bakı Piano Festivalının yaddaqalan hadisəsi olub

Bakıda qanunsuz saxlanılan tapança oğurlanıb VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çimərlik turu təşkil edilib

İranda prezident seçkiləri: Pezeşkiyan və Cəlili ikinci tura keçib

Dövlət Vergi Xidməti ötən ay olan müraciətlərin hesabatını açıqlayıb

Sabahın hava proqnozu açıqlanıb

UNEC-in “Məzun günü” keçirilib: bu il universiteti 5300-ə yaxın tələbə bitirir

“Turan Tovuz” iki futbolçu ilə müqaviləni yeniləyib

İspaniya futbol tarixinin ən yaxşı müdafiəçisi bəlli olub

Keniyada etiraz aksiyaları zamanı azı 30 nəfər ölüb

Hesabat: Ötən il Fransada irqçilik halları 32 faiz artıb

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib

Macarıstan Etnoqrafiya Muzeyi dünyanın ən yaxşı ictimai binası elan edilib

Azərbaycan basketbol hakimlərinin bilik və bacarıqları artırılır

ABŞ kəşfiyyat peykini orbitə çıxarıb

“Egemen Qazaqstan” qəzeti: Azərbaycanda medianın sərbəst fəaliyyəti üçün bütün şərait yaradılıb

Polis işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün tədbirləri davam etdirir

İtaliyalı ekspert: Azərbaycan karbohidrogen istehsalçısı kimi dünya iqtisadiyyatında mühüm yer tutur - MÜSAHİBƏ

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: Gürcüstan Avropa çempionatında yeni tarix yazdı

Amerikalıların 60 faizi Baydenin namizədliyinin əvəzlənməsini dəstəkləyib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyi davam edir

Fiziki aktivliyin zəifliyi 1,8 milyard yetkin insanda xəstəliklərə səbəb olur

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Yanvar-may aylarında “Könüllü DOST” proqramına 530 nəfər cəlb olunub

Avrora Qrup 2024-cü il iyulun 2-də “Açıq qapı” günü elan edir!

Milli Kitabxanada “Çingiz Əlioğlu - 80” adlı kitab sərgisi açılıb

Rusiya nümayəndə heyəti ATƏT PA-da fəaliyyətini dayandıracaq

Azərbaycan çempionu 8 əcnəbi voleybolçu ilə vidalaşıb

® Bakı Fond Birjasında “AccessBank” istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

KİV: Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

DİN: Əvvəlki dövrlərdən bağlı qalan 25 cinayət açılıb

Amerika Kuboku: Kolumbiya 1/4 finala yüksəlib, Braziliya ilk qələbəsini qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Faktiki hava: Əksər rayonlarda hava əsasən yağmursuz keçib

Prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olublar

Avro-2024: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü keçirilib

Sabirabadda çətənə kolları yetişdirən iki qardaş saxlanılıb

İranda prezident seçkilərində islahatçı Pezeşkiyan liderlik edir VİDEO

ABŞ Qətərdən İsrail və Hizbullah arasında danışıqlarda vasitəçilik etməsini istəyib

Yevlax rayon sakinindən silah-sursat götürülüb

“Asiya uşaqları” Oyunlarında Azərbaycan üzgüçülərinin növbəti uğuru

Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib

Araşdırma: Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar

ABŞ ordusu raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb

Plastik şüşələrdən su içmək diabet riskini artırır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir

Qazaxıstanda ən böyük stadionun tikintisinə başlanılıb

Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar?

Bu il ADPU-dən 4700-dən çox tələbə məzun olur

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub

ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb