RƏSMİ XRONİKA
Ümumrusiya Azərbaycan Konqresi Murmansk bölməsinin rəhbəri, Rusiya Federasiyasının Murmansk Vilayət İctimai Palatasının üzvü Afil Hüseynovdan
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi öz adımdan və diasporumuz adından səmimi qəlbdən təbrik edir, bu möhtəşəm qələbədən qürur hissi duyduğumuzu bildiririk.
Sizin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətiniz illərində diaspor quruculuğuna verdiyiniz önəm ulu öndər Heydər Əliyev ideyalarının davamının və Sizin bu ideyalara sadiqliyinizin ən bariz nümunəsidir.
Əminik ki, Azərbaycanın Rusiyadakı diasporu Sizin rəhbərliyinizlə bundan sonra da sürətlə inkişaf edəcəkdir.
Hörmətli cənab Prezident, diasporumuzun çoxsaylı üzvləri Sizin fəaliyyətinizi həmişə yüksək qiymətləndirmişdir. Ölkəmizin inkişafı yolunda Sizin gördüyünüz və qarşıdakı illərdə görəcəyiniz işləri tam dəstəkləməklə yanaşı, həyata keçirəcəyiniz quruculuq işlərində Sizin ən yaxın köməkçiniz olacağımızı bildiririk.
Siz ötən on ildə ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirərək doğma vətənimiz Azərbaycanı bölgənin lider dövlətinə, beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevirmisiniz. Azərbaycan Sizi sevən insanların gözləri qarşısında sürətlə inkişaf edir. Əminik ki, bu inkişafı qarşıdakı beş ildə də davam etdirəcəksiniz.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, həyat eşqi, ali dövləti vəzifənizdə böyük uğurlar, Sizin şəxsinizdə xalqımıza xoşbəxtlik, sülh və tərəqqi arzulayıram.
Dərin hörmət və ehtiramla,
Afil Hüseynov
Ümumrusiya Azərbaycan Konqresi Murmansk bölməsinin rəhbəri,
Rusiya Federasiyasının Murmansk Vilayət İctimai Palatasının üzvü