UNEC-in kollektivi məktəblilərə kitab hədiyyə edib
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) distant, qiyabi və əlavə təhsil mərkəzinin (DQƏTM) nümayəndələri Beynəlxalq Uşaq Kitabı Gününü məktəblilərlə qeyd ediblər.
UNEC-dən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin nəzdində fəaliyyət göstərən H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyinin məktəblilərinə 100-dən çox uşaq ədəbiyyatı nümunəsi hədiyyə olunub.
Mərkəzin direktoru Səbuhi Tanrıverdiyev Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə şagirdləri təbrik edib, onlara mütaliənin əhəmiyyətindən danışıb, bu alışqanlığa orta məktəb dövründən başlamağın vacibliyini vurğulayıb. Bildirib ki, mütaliə bacarığı onların daha savadlı və bilikli olmaları ilə yanaşı, qavrama, düşüncə və yaradıcılıq qabiliyyətlərini, o cümlədən həyat təcrübələrini də artırır.
UNEC-in kollektivinə təşəkkürünü bildirən liseyin direktoru Bəkir Mustafayev belə tədbirlərin şagirdlərdə kitaba marağı daha da artırdığını və onlarda stimul yaratdığını diqqətə çatdırıb.
Görüş müzakirələrlə davam edib. Şagirdlər oxuduqları bədii ədəbiyyat nümunələri haqqında təəssüratlarını bölüşüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]