“UNİLEASİNG”İN DÖRD YAŞI TAMAM OLMUŞDUR
Azərbaycanın ən böyük lizinq şirkəti olan “Unileasing” Qapalı Səhmdar Cəmiyyətinin yarandığı gündən dörd il keçir.
Şirkətdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu müddət ərzində “Unileasing” şirkəti 626 kontrakt imzalamışdır. Həmin kontraktlara əsasən ümumi məbləği 53 milyon dollardan çox olan 1238 obyekt lizinqə verilmişdir.
Şirkətin təklif etdiyi lizinq obyektlərinin maliyyələşmə şərtləri bu gün də bazarda ən sərfəli sayılır. Məsələn, New Holland layihəsi çərçivəsində müasir tikinti texnikasını lizinqlə illik 16 faizlə almaq mümkündür. Bununla yanaşı, müştəri “ISUZU” və “Mitsubishi” markalı avtomobilləri onların dəyərinin cəmi 10 faizini ödəməklə, illik 18-19 faiz lizinqlə əldə edir. “Kommersiya daşınmaz əmlakı lizinqi” və “Avtolizinq” layihələri çərçivəsində müraciətlərin sayı isə ilin əvvəlindən 100 faizdən çox artmış və bu artım meyli hazırda da müşahidə olunmaqdadır.
“Unileasing” qiymətli kağızların emissiyası hesabına maliyyəni cəlbetmə mexanizmindən istifadəyə başlamış ilk yerli şirkətlərdən biridir. Şirkət 2005-ci ilin avqustunda uzunmüddətli borc öhdəliklərini dövriyyəyə buraxaraq, veksel müraciəti və uzunmüddətli maliyyə bazarının tamhüquqlu üzvünə çevrilmişdir. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) səhmin emissiyası və şirkətin istiqrazları qeydiyyyata alınmışdır. Lizinq əməliyyatlarını maliyyələşdirmək üçün əlavə resurslar cəlb etmək məqsədi ilə “Unileasing” bu ilin iyununda QKDK-da 1,8 milyon manat məbləğində faizli sənədsiz adlı istiqrazların emissiyası prospektini qeydiyyatdan keçirmişdir.
Şirkətin etibarlı olduğunu Avropanın aparıcı maliyyə təsisatçısı olan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) təsdiq etmişdir. “Unileasing” QSC Azərbaycanda səhmdarı AYİB olan yeganə lizinq şirkətidir. “Unileasing” həm də Avropa Bankının kredit xətti açdığı yeganə şirkətdir. Şirkətin lizinq əməliyyatlarını maliyyələşdirmək üçün Beynəlxalq Maliyyə Korporasiyasının (İFC), Rayffayzenbankın, İslam Özəl Sektorun İnkişafı Korporasiyasının (ICD) və digər maliyyə qurumlarının resursları cəlb olunmuşdur. Bundan əlavə, şirkət yerli sahibkarların müxtəlif layihələrini maliyyələşdirməyə vəsait cəlb etmək üçün hazırda müxtəlif maliyyə təsisatları, o cümlədən ABŞ və Türkiyənin “Eximbank”ı, habelə Yaponiyanın kommersiya bankları ilə danışıqlar aparır.
“Unileasing” bölgələrdə öz nümayəndəliyi olan yeganə yerli lizinq şirkəti olaraq qalmaqdadır. Hazırda şirkətin bölmələri Gəncə, Lənkəran, Quba və Şəkidə fəaliyyət göstərir. Bundan əlavə, yaxın vaxtlarda “Unileasing”in Aran iqtisadi zonasında da nümayəndəliyi açılacaqdır.
“Unileasing” fəaliyyət göstərdiyi 4 il ərzində öz xidmət paketini Azərbaycan bazarı üçün yeni olan xidmətlərlə xeyli genişləndirmiş, bazara ilk dəfə kommersiya daşınmaz əmlak lizinqi, islam prinsiplərinə əsaslanan lizinq, fiziki şəxslər üçün dəyərin 10 faizi məbləğində avtolizinq təklif etmişdir. Sahibkarlardan və fiziki şəxslərdən başqa, bir neçə yerli bank da şirkətin müştərisi olmuşdur. Lizinqin üstünlüklərindən istifadə etmək istəyən maliyyə təşkilatlarının sayı isə artmaqdadır. Lakin əldə olunmuş nailiyyətlərlə kifayətlənməyən “Unileasing” təklif etdiyi xidmətləri daim təkmilləşdirir, ənənəvi yanaşmalarla innovasiya yanaşmalarını məharətlə uyğunlaşdırır və lizinq obyektlərinin maliyyələşdirilməsi ilə bağlı problemlərin kompleks həllini təklif edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]