UŞAQLAR YAY DÜŞƏRGƏSİNDƏ İSTİRAHƏT EDƏCƏKLƏR
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç Komitəsinin maliyyə dəstəyi ilə Zuğulba uşaq sanatoriyasında qaçqın və məcburi köçkün ailələrin uşaqları üçün yay düşərgəsi yaratmışdır.Cəmiyyətdən bildirmişlər ki, Sabirabadakı çadır şəhərciklərindən olan qaçqın və məcburi köçkün ailələrin 100 uşağı üçün təşkil olunan düşərgə iyul ayının 30-dək fəaliyyət göstərəcəkdir. Avqust ayının 1-dən 31-dək isə həmin sanatoriyada Bakıda məskunlaşan qaçqın ailələrin uşaqlarından ibarət olan digər qrup istirahət edəcəkdir.