MƏDƏNİYYƏT
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş növbəti konsert
Bakı, 31 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin fortepiano şöbəsinin 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konserti keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, konsertin aparıcısı, məktəbin fortepiano şöbəsinin müəllimi Mətanət Qaracayeva Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görüldüyünü bildirib və bayram haqqında geniş məlumat verib.
“Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir”, - deyə məktəbin müəllimi vurğulayıb.
Qeyd edək ki, konsertdə musiqi məktəbinin istedadlı şagirdlərinin ifasında Azərbaycan, rus və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.