VERGİLƏR NAZİRLİYİ ALTI AYLIQ PROQNOZU 104,8 FAİZ YERİNƏ YETİRMİŞDİR
Vergi orqanları cari ilin birinci yarısında proqnoz tapşırıqlarını artıqlaması ilə yerinə yetirmişlər. Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr bölməsindən müxbirimizə bildirmişlər ki, ilkin məlumatlara əsasən vergi daxilolmalarının dövlət büdcəsinə səfərbər edilməsi üzrə altı aylıq proqnoz tapşırığına 104,8 faiz əməl edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 30 faiz və ya yaxud 447 milyard manat çoxdur. 2003-cü ilin iyun ayı üzrə proqnoz 135,4 faiz, ikinci rüb üzrə 102,3 faiz icra olunmuşdur.