REGİONLAR
Xaçmazda bağça, Qusarda isə yeni suvarma sistemi istifadəyə verilib
![](/files/galleryphoto/2019/3/1200x630/15722550106024457467_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/1572255010431999812_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15722550102918335151_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15722550101650751560_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15722550105564037615_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15722550104440845390_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15722550101408920795_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15722550103090010087_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15722550103442544203_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15722550105204956032_1200x630.jpg)
Xaçmaz, 28 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 28-də Xaçmaz rayonunun Xudat şəhərindəki uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan hökuməti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində yenidən qurulan bağça 55 yerlikdir.
USAID-in ölkəmizdə həyata keçirdiyi “Sosial-İqtisadi Layihələrə Dəstək Proqramı” (SEDA) çərçivəsində təmir olunan bağçada uşaqların təlim-tərbiyəsi, kiçik yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb.
Açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə Nəzərova ölkəmizdə, o cümlədən Xaçmazda həyata keçirilən quruculuq işlərindən, yeni infrastruktur layihələrindən danışıb.
USAID-in Azərbaycandakı missiya rəhbəri Cey Sinqx bildirib ki, İqtisadiyyat Nazirliyi ilə birgə reallaşdırılan bu kimi layihələrin icrası insanların öz həyat səviyyələrini yaxşılaşdırmağa yönəlmiş səylərinə dəstək məqsədi daşıyır.
Çıxışlardan sonra tədbir iştirakçıları uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.
SEDA layihəsi çərçivəsində Qusar rayonunun Çiləgir kəndində qurulan yeni suvarma sistemi də oktyabrın 28-də istifadəyə verilib. Kəndin su ilə təminatı üçün beton su anbarı tikilib, 770 metr uzunluğunda polietilen boru çəkilib. Qurulan yeni sistem kənddəki 300-dək ailənin suvarma suyuna olan tələbatını ödəməyə şərait yaradıb.
SEDA USAID-in maliyyə vəsaiti və Azərbaycan hökumətinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (ŞQİİ) tərəfindən Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birgə əməkdaşlıq əsasında həyata keçirilir. Proqram çərçivəsində 2011-ci ildən bu günə kimi 160-dan çox layihə icra olunub.