İQTİSADİYYAT
“Xalq kompyuteri” layihəsi çərçivəsində 13 min 880-dən çox kompyuter satılmışdır
Bakı, 22 avqust (AZƏRTAC). “Xalq kompyuteri” layihəsi çərçivəsində 13 min 880-dən çox kompyuter və noutbuk güzəştli şərtlərlə ölkə vətəndaşlarına satılmışdır.
İşçi qrupundan AZƏRTAC-a bildirmişlər ki, layihənin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələri tərəfindən müasir kompyuter və lisenziyalı proqram təminatlarının əldə olunması üçün şəraitin yaradılması, regionlarda “rəqəmsal bərabərsizliy”in azaldılması məqsədilə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, həmçinin Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və elektron hökumətin inkişafına yönəlmiş fəaliyyətinin dəstəklənməsidir.
“Xalq kompyuteri” Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirliklərinin dəstəyi, “HP”, “Microsoft” və yerli “Bestcomp” şirkətinin iştirakı ilə 2009-cu ilin aprelindən həyata keçirilir.