SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Aprelin 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev İraq Respublikasının Bakıdakı səfiri Qalib Əbdü Hüseyn əl-Təmimini qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparmışlar.
Səfir ölkəsinin Azərbaycan ilə münasibətlərin inkişafına mühüm diqqət yetirdiyini vurğulamış, bu istiqamətdə qarşılıqlı dialoqun genisləndirilməsinin, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişafı üçün birgə səylərin zəruriliyini bildirmişdir.
Vilayət Quliyevin əməkdaşlığın perspektivlərinə böyük əhəmiyyət verdiyini, qarşılıqlı əlaqələrin davam etdirilməsinə tərəfdar olduğunu söyləmiş, bu sahədə zəruri kömək göstəriləcəyini vurğulamışdır.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.