SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Mayın 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əli Həsən Cəfəri qəbul etmişdir.
Səudiyyə Ərəbistanı dövləti ilə Azərbaycan Respublikası arasındakı əlaqələrin daha da genişlənməsinə ölkəsinin mühüm diqqət yetirdiyini vurğulayan səfir Əli Həsən Cəfər bu istiqamətdə qarşılıqlı dialoqun fəallaşdırılmasının vacibliyini bildirmişdir.
Sonra səfir Əli Həsən Cəfər öz ölkəsinin xarici işlər nazirinin Səudiyyə Ərəbistanına dəvət məktubunu nazir Vilayət Quliyevə təqdim etmişdir.
Nazir Vilayət Quliyev dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirmiş, iki ölkə arasındakı əlaqələri yüksək qiymətləndirərək, onun daha da inkişaf etdirilməsinə tərəfdar olduğunu vurğulamışdır.
Daha sonra nazir Vilayət Quliyev və Əli Həsən Cəfər Yaxın Şərqdəki vəziyyət barədə ətraflı fikir mübadiləsi aparmışlar.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.