İQTİSADİYYAT
Xətai rayonunda yerləşən “Fuad” restoranında standartların tələblərinin pozulduğu aşkarlanmışdır
Bakı, 25 dekabr (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Xətai rayonunda fəaliyyət göstərən “Fuad” restoranında dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma zamanı müəssisədə hazırlanan kulinariya məmulatlarının təsdiq olunmuş texnoloji təlimat və reseptura olmadan hazırlandığı, gigiyenik norma və qaydalara əməl edilmədiyi və digər nöqsanlar aşkarlanmışdır.
Restoranda hazırlanan məhsullardan nümunələr götürülmüş və komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyasına təqdim olunmuşdur. Araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2024 [17:33]
SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib
- 14.06.2024 [22:19]
Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
- 14.06.2024 [19:11]
Rəqəmsal inkişaf və nəqliyyat naziri Siyəzəndə vətəndaşları qəbul edəcək
- 14.06.2024 [18:53]
Sabah bir sıra küçələrdə təmir işləri aparılacaq
Gəncədə Mir Cəlal irsinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib
- 14.06.2024 [23:45]
Naxçıvanda çimərlik mövsümü açıq elan edilib
- 14.06.2024 [23:22]
Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
- 14.06.2024 [22:19]
Türkiyədə amfibiya təyyarə qəzaya uğrayıb, heyət xilas edilib
- 14.06.2024 [22:08]