Xəzər rayonu musiqi məktəbinin şagirdləri Qarabağ Muğam Mərkəzində konsertlə çıxış ediblər
Ağcabədi, 4 aprel, AZƏRTAC
Mədəniyyət Nazirliyinin “Bölgələrarası əməkdaşlıq” layihəsi çərçivəsində Bakı şəhər Xəzər rayonu 24 nömrəli musiqi məktəbi şagirdlərinin Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində konserti təşkil edilib. Tədbirdə məqsəd Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni inkişafının nümayişi və regionlararası mübadiləni gücləndirməkdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılar əvvəlcə Üzeyir Hacıbəylinin Qarabağ Muğam Mərkəzinin həyətindəki büstünü ziyarət edərək, önünə çiçək dəstələri düzüblər.
Konsertdə musiqi məktəbinin şagirdlərinin ifasında xalq və bəstəkar mahnıları təqdim edilib.