XƏZƏRYANI DÖVLƏTLƏRİN ZİRVƏ TOPLANTISI GƏLƏN İL KEÇİRİLƏCƏK
İTAR-TASS-ın yaydığı xəbərə görə, RF Prezidentinin Xəzər dənizinin statusunun nizama salınması məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Viktor Kalyujnı bildirmişdir ki, Xəzəryanı dövlətlərin sammiti gələn il olacaq, bu ilin noyabrında isə Rusiyada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçiriləcəkdir. Diplomatın sözlərinə görə, “Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan xarici işlər nazirlərinin görüşü barədə məsələ Xəzəryanı dövlətlərin işçi qrupları səviyyəsində müzakirə edilmişdir”. Viktor Kalyujnı Xəzərin hüquqi statusuna dair konvensiyanın hazırlanması məsələsini şərh edərək demişdir ki, bu məsələnin gündəliyə çıxarıldığı 10 ildə yalnız konvensiyanın adı razılaşdırılmışdır. Son bir neçə ay ərzində işçi qruplarının iki iclasında mətnin 30 faizi nəzərdən keçirilmişdir. Lakin bir sıra məqamlara dair qərarlar xarici işlər nazirləri və hətta dövlət başçıları səviyyəsində qəbul edilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]
Azərbaycanın xarici işlər naziri İrpen şəhərində olub VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]
Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub
- 06.08.2026 [23:38]
Tramp müdafiə nazirindən razılıq edib
- 06.08.2026 [23:23]
Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub
- 06.08.2026 [23:00]
Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır
- 06.08.2026 [22:51]