QAN YADDAŞI
Xocalı faciəsi qurbanlarının xatirəsini “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstandakı filialının nümayəndələri də anıblar
![](/files/galleryphoto/2022/1/1200x630/16459035124821147081_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16459035126358124973_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16459035126072453841_1200x630.jpg)
Tbilisi, 26 fevral, AZƏRTAC
Xocalı faciəsi qurbanlarının xatirəsini “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstandakı filialının nümayəndələri də ehtiramla anıblar.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialına məxsus Marabda- Kartsaxi dəmir yolu sahəsi üzrə hərəkət lokomotivlərin üzərində “Xocalıya ədalət!” şüarı, Bakıdakı “Ana harayı” abidəsi və faciəyə dair faktları özündə əks etdirən posterlər yerləşdirilib.
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən tədbir çərçivəsində yerli vaxtla saat 12:00-da lokomotivlər siqnal verib, dəmiryolçular bir dəqiqlik sükutla soyqırımı qurbanlarının xatirəsini anıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi