İDMAN
Xorvatiyada gənclər arasında güləş üzrə dünya çempionatı davam edir
![Xorvatiyada gənclər arasında güləş üzrə dünya çempionatı davam edir](/files/2014/2/1200x630/14087125481541351685_1200x630.jpg)
Bakı, 7 avqust (AZƏRTAC). Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın üçüncü günündə 44, 51, 59 və 67 kiloqram çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulublar.
Güləşçilərimiz 3 çəki dərəcəsində təmsil olunacaqlar. Milli komandamızın üzvü Türkan Nəsirova (44 kq) ekvadorlu Cedeno Jahaira, Almaz İsmayılova (51 kq) rumıniyalı Simona Pricob, Raqnetta Qurbanzadə (67 kq) isə yaponiyalı Masako Furuiçi ilə qarşılaşcaqlar.
Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar. Güləşçilərimiz ümumilikdə 5 qızıl və 1 gümüş medal qazanmaqla Azərbaycan güləş tarixində yeni səhifə yazıb. Ümumilikdə, 59 xal toplayan yığmamız komanda hesabında dünya birincisi olub.