Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xoşbəxt günlər idi!
Ulu Öndərlə bağlı unudulmaz xatirələr

Bakı, 3 may (AZƏRTAC). Ulu öndər Heydər Əliyev haqqında istədin-istəmədin onun yoxluğunu təsdiqləyən bir üslubda yazmalı olduğumdan nə qədər kədərlənib içimdə qovurulsam da, elitar intellekt, ən yüksək mədəniyyət, planetar düşüncə miqyası, misli görünməmiş enerji və yaradıcılıq qüdrətinə görə dünya siyasi tarixinin ən nadir simalarından olan bu insanın məhz türk oğlu türk, azərbaycanlı olmasından şərəf və qürur duyuram.

                                                X X X

Yazı-pozunu arxiv tutan, əlyazmaları, köhnə təbrik və məktubları əzizləyən səliqə-sahmanlı adamlardan deyiləm. Bu işdə nümunəvi olan bir professorun illər uzunu göz bəbəyi kimi qoruduğu geniş arxivinə vəfatından sonra yaxınlarının münasibətini görəndən sonra isə heç sonuncu məqaləmin belə əl yazmasını saxlamıram. Amma üstündə cəmi bir sətir yazılmış köhnə kağız parçası 30 ildir ki, mənimlədir, gözümdən kənarda olmayıb. “Ваша телеграмма вручена товарищу Алиеву”. İkinci dəfə qəhrəman ulduzu alması münasibətilə Moskvaya, Kremlə ünvanladığım təbrikin vətən oğluna çatdığını təsdiqləyən bu standart teleqraf blankı o vaxt məni nə qədər sevindirmişdisə də, indi xatirəyə dönüb müqayisəyəgəlməz ölçüdə ağrıdır. Bu ağrıya tab gətirmək üçün qüvvəni isə yalnız Heydər Əliyevin dost və düşmənlərin endirdiyi zərbələrə mifik qəhrəman mətinliyi ilə davam gətirməsi, istiqlal yolunda qarşıya çıxan sədd və maneələri cəngavər rəşadəti ilə dağıtmasında və bu fitri keyfiyyətləri bizlərdə də görmək istəyində tapa bilirəm.

                                                           X X X

Bir dəfə, gərək ki, 1981-ci ildə institutdan məni A.Fadeyevin yubileyi ilə bağlı opera teatrının binasında keçirilən yığıncağa göndərdilər. Zala daxil olanda qabaq sıraları boş gördüm. Dünyanın bir çox işlərindən hələ baş çıxarmayan aspirant olduğumdan tərəddüd etmədən keçib düz birinci sırada əyləşdim. Sonradan anladım ki, bu yerlər qonaq və rəhbərlik üçün nəzərdə tutulubmuş. Nə səbəbdənsə məni bu sıradan qaldırıb “yerimi” göstərmədilər.

Və nə yaxşı ki, belə etmişdim, çünki Heydər Əliyevi ilk dəfə o zaman yaxından gördüm. İclası Mirzə İbrahimov aparırdı. Heydər Əliyev onun yanında oturmuşdu, düz mənim qarşımda, bir neçə metrlik məsafədə. Məruzə ilə professor S.Əsədullayev çıxış edirdi. O vaxt üçün bir qədər gözlənilməz də olsa, Azərbaycan dilində danışırdı. Bütün diqqətimi Heydər Əliyevə yönəltmişdim. O, sakit, lakin iti baxışlarla tələsmədən zalı nəzərdən keçirirdi. Mənə elə gəldi ki, o, burada əyləşənləri baxışları ilə bir-bir kreslodan qaldırıb hərtərəfli öyrənir. Növbə mənə çatanda dik gözünün içinə baxmağa cəsarətim çatmadı. Sonralar eşitdim ki, bu, hələ heç kəsə müyəssər olmayıb. O axşam Heydər Əliyev çox ciddi və qayğılı görünürdü. Bir dəfə də olsun gülümsəmədi, çıxış da etmədi. Mən aşağıdan yuxarı “var gücümlə” ona baxıb bu dəqiqələrdə nə haqda düşündüyünü, hansı problemlər barədə fikirləşdiyini tapmaq istəyirdim. Yüz faiz əmin idim ki, Heydər Əliyevin xəyalı bu dəqiqə zaldan çox-çox uzaqlarda, bizim üçün əlçatmaz olan bir aləmdədir. Hələ ürəyimdə bir az ondan incidim də. O mənada ki, A.Fadeyev necə olsa sovet ədəbiyyatının klassikidir, məclis də onundur, amma birinci katib deyəsən heç məruzəçiyə qulaq asmır.

Bu zaman professor S.Əsədullayev Fadeyevin “Sonuncu Udeqe” romanının adını çəkdi. Elə həmin anda Heydər Əliyev bir qədər Mirzə İbrahimova tərəf əyilib dedi: “Rus dilində bu romanın adı “Posledniy iz Udeqe”dir. Onu “Sonuncu Udeqe” kimi tərcümə etmək nə dərəcədə doğrudur? Mirzə müəllimin nə cavab verdiyini bilmədim, amma Heydər Əliyevin səsi mikrofona düşdüyündən mən oturduğum yerdən aydın eşidilirdi. Heyrət içində idim.

                                                                   X X X

Yadıma gəlir, atam bütün ailəmizi az qala zorla televizorun qabağına yığardı ki, öyrənin, Əfrasiyab Bədəlbəyli danışacaq. Başqa vaxt Mehdi Məmmədova qulaq asardıq. Gözəl natiqlərdi, dilimizi də incəliklərinə qədər bilirdilər. Əfrasiyab müəllim muğamdan, Mehdi müəllim isə dramaturgiyadan danışardı. Ancaq Heydər Əliyev... Görəsən Heydər Əliyevin toxunmadığı və ən yüksək səviyyədə açmadığı mövzu varmı? Heydər Əliyev istedadının bu qolu - natiqlik ustalığı - istər-istəməz heyrət və qibtə doğurur. Bunu yalnız bir sözlə, əcnəbi sözü “fenomen”lə səciyyələndirmək olar. Ömrüm boyu Heydər Əliyevin bütün çıxışlarına, müsahibələrinə, söhbətlərinə qulaq asmağa çalışmışam. Hər dəfə onu dinləyəndə ana dilimizin gözəlliyinə, ən çətin mətləbləri aça bilmək qüdrətinə, üslub imkanlarının genişliyinə heyran olurdum. Heydər Əliyev heç vaxt təmtəraqlı, gurultulu ifadələr işlətməzdi, buna ehtiyacı yox idi - dəbdəbəli sözlər cılız fikirləri ört-basdır etməyə çalışanların silahıdır. Ərəb və fars tərkiblərindən də çox az istifadə edirdi, çünki dilimizi dərindən bilirdi, söz ehtiyatı tükənməz idi.

Tale elə gətirdi ki, Heydər Əliyevin çıxışlarını lap yaxından izləmək, müəyyən mənada, hətta onların iştirakçısı olmaq mənə də qismət oldu. Dəfələrlə yüksək dövlət mərasimlərində Heydər Əliyevin çıxışlarının sinxron tərcüməçisi kimi iştirak etmişəm. Heydər Əliyevin yüksək nitq mədəniyyəti, aydın tələffüzü, rəngarəng intonasiyası, ürəyə yatan səs tembri, güclü məntiqə söykənən fikir ardıcıllığı kimi keyfiyyətləri ilk baxışda tərcüməçinin işini asanlaşdırmalı idi. Amma Prezident nitqinin ictimai və siyasi əhəmiyyəti onun hər sözünün, hər ifadəsinin çəkisini birə yüz artırır. Tərcüməçi bu məsuliyyəti daim hiss edir. Sinxron tərcümədə psixoloji amil mühüm rol oynayır. Çalışırsan natiqin obrazına girəsən, keçirdiyi hiss və həyəcanı duyasan ki, dediklərini dəqiq qavrayıb bir anın içində, həqiqi mənada ildırım sürəti ilə tərcümə edə biləsən. Soyuqqanlı sinxronçu yüksək professional ola bilməz. Prezidentimizin dedikləri elə təsirli, energetikası elə güclü idi ki, bəzən bir anlığa özümü unudurdum, elə bilirdim çıxış edən özüməm...

Bir dəfə, gərək ki, “Qafqazda islam mədəniyyəti” beynəlxalq konfransında Prezidentin çıxışını tərcümə edən zaman bir də gördüm yanımda oturan Seyfəl Həsənov (adətən yüksək səviyyəli sinxron tərcümələrə ikimiz gedirdik) ayağını ayağıma vurur. Sən demə, elə yüksək emosional gərginlikdə olmuşam ki, Heydər Əliyevin məşhur, çox sevilən şaqraq gülüşünü də “tərcümə” etmişəm...

Xoşbəxt günlər idi!

Yaşar Quluzadə

AZƏRTAC-ın baş redaktoru,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib