İQTİSADİYYAT
Yanvar ayında Azərbaycanın sığorta bazarı 21,3 faiz artıb
Bakı, 22 fevral, AZƏRTAC
Bu ilin yanvar ayında Azərbaycandakı 25 sığorta şirkətinin xətti ilə 76,3 milyon manat sığorta haqqı toplanıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) AZƏRTAC-a verilən məlumata görə, bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz çoxdur.
Ay ərzində sığorta şirkətlərinin ödənişləri isə 13,4 milyon manat təşkil edib. Bu da ötən ilin yanvar ayına nisbətən 29,4 faiz çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 17,5 manatı ödəniş edilib. Bu rəqəm 2015-ci ilin yanvar ayında 16,4 manat olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:49]
BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb
- 10.05.2024 [13:17]
BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb
- 10.05.2024 [13:14]
Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb
- 10.05.2024 [12:55]
BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib
- 10.05.2024 [12:54]
Britaniya iqtisadiyyatında geriləmə dayanıb
- 10.05.2024 [12:43]
“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib
- 10.05.2024 [12:32]